Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Anna Akopyanın fiaskoya uğrayan ucuz təşəbbüsləri ŞƏRH

Anna Akopyanın fiaskoya uğrayan ucuz təşəbbüsləri ŞƏRH

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 2018-ci ildə əri Sorosun dəstəyi ilə hakimiyyətə yiyələndikdən sonra “üzə çıxmağa”, yeni-yeni layihələrə imza atmağa başlayıb. Bununla belə, Akopyanın atdığı addımlar əksər hallarda fiaskoya uğrayıb, həm müxalifətin, həm də bir sıra media qurumlarının ciddi tənqidinə səbəb olub.

Qeyd etmək lazımdır ki, Anna zaman-zaman yaxın qohumlarını və çevrəsini də hakimiyyətin yüksək eşalonlarına yerləşdirməyi bacarıb, ölkədə yeni oliqarxiyanın qurulmasına “öz töhfəsini verib”. Elə iki dəfə, imkanlı qadın və kişi iş adamları ilə 1 milyon erməni dramı qarşılığında təşkil edilən görüşlər də bu məqsədə xidmət etsə də, uğursuzluğu ilə yadda qalıb. Məsələ burasındadır ki, qadın iş adamlarına edilən çağırışa sadəcə və sadəcə Akopyanın və hakim partiyanın yaxınlarından başqa qoşulan olmayıb. Bu, erməni KİV-də kifayət qədər ciddi tənqid mövzusuna çevrilmişdi. Eyni vəziyyət kişi iş adamları ilə görüşdə də yaşanıb.

Eyni zamanda söyləmək lazımdır ki, Anna Akopyan özünü Ermənistanın birinci xanımı kimi aparsa da, əslində erməni qanunlarına görə buna ixtiyarı yoxdur. Məsələ ilə bağlı araşdırmalar göstərir ki, Ermənistanın qanunvericiliyində birinci xanım anlayışı ilə bağlı heç bir hüquqi tənzimləmə yoxdur. Bununla yanaşı, baş nazirin protokol xidmətinin rəhbəri Aleksandr Mxitaryan bildirib ki, protokola əsasən, dövlətin birinci xanımı prezidentin arvadı sayılır. Çünki dövlətin başçısı məhz prezidentdir. Baş nazir isə hökumətin başçısıdır.

Göründüyü kimi, reallığı və protokol qaydalarını əsas tutsaq, Anna Akopyanın özünü birinci xanım adlandırması qeyri-qanunidir. Üstəlik, rəsmi mənbələrə görə, ölkələrin birinci xanımları səviyyəsində təşkil olunan tədbirlərə dəvət 2022-ci ilə qədər Nune Sarkisyana, yəni 2018-2022-ci illər ərzində Ermənistan prezidenti postunu tutan Armen Sarkisyanın xanımına göndərilib. Bu isə onu deməyə əsas verir ki, Anna Akopyan de-yure Ermənistanın birinci xanımı deyil. Amma de-fakto nəsə dəyişikliklər var ki, Akopyan və hakimiyyət mediası onu belə qələmə verir.

Maraqlıdır ki, bir müddət əvvəl jurnalistlər “birinci xanım kimdir - prezidentin yoxsa, baş nazirin arvadı” sualını məhz Paşinyana da ünvanlayıblar və baş nazir sualdan yayınmaq üçün “Hər bir erməni kişisi üçün birinci xanım onun arvadı, hər bir erməni qadını üçün birinci centlmen onun əridir. Düzünü desəm, bu, respublikanın birinci xanımı ilə bağlı hansı müzakirə olduğunu başa düşə bilmirəm”.

Akopyan isə saxta imicindən istifadə edərək müəyyən təşəbbüslər, layihələr irəli sürür, təyinatlarla bağlı məsləhətlər verir, yaxın qohum və çevrəsini vəzifələrə gətirir. Bu yaxınlarda isə Akopyan tərəfindən başladılan “Təhsil dəbdir” kampaniyası da Ermənistanda birmənalı qarşılanmayıb. Maraqlıdır ki, “birinci xanım” Venesiya səfərindən sonra bu barədə açıqlama verib. Paralel olaraq isə 2025-ci il Ermənistanda “Təhsil ili” elan edilib. Annanın Facebook sosial şəbəkəsindəki paylaşımının altında çoxsaylı neqativ rəylər də bu ideyanın fiaskoya uğracayağının ilk göyərçinləridir.

Yaxın tarixə baxsaq, Paşinyan və arvadı ali təhsilin vacib olmadığını bəyan etmişdilər. Akopyanın təşəbbüsünə də qoşulanlar elə öz yaxın çevrəsinə mənsub insanlardır. Elə müharibə dövrünü xatırlasaq, əminliklə deyə bilərik ki, Anna Akopyanın idarəetmə sənədlərinə əsasən, komandanlıq məntəqəsinə daxil olmaq hüququ olmayıb. İdarəetmə sənədlərinə əsasən, idarəetmə məntəqələrində əməliyyat vəzifələrini yerinə yetirən müvafiq vəzifəli şəxslərə daxil olmaq üçün daimi və ya müvəqqəti icazə verilir. Akopyan isə nə bu vəzifəli şəxslərdən olub, nə də icazə kağızına sahib olub. Bu səbəbdən təhsil və öyrənməyə ilk olaraq Paşinyan ailəsi özü başlamalıdır.

Annanın təşəbbüsü isə sırf seçkiqabağı siyasi xarakter daşıyır, cəmiyyətin təhsil səviyyəsini yüksəltmək üçün heç bir əhəmiyyətə malik olmayan addımdır. Ən azı ona görə ki, son 6 il ərzində müxtəlif səbəblərdən bir sıra məktəblər bağlanıb, region və bölgələrdə nə qədər uşaq təhsil hüququndan məhrum edilib, əlaçı tələbələr universitetlərini tərk edib, universitetlərdə müəllim çatışmazlığı, bina problemi yaranıb, Akademik Şəhər layihəsi fiaskoya uğrayıb. Bu problemləri zamanında həll etmək, çözüm yolu tapmaq əvəzinə seçkiöncəsi şou yaratmaq artıq sadə ermənidə də ikrah hissi oyadır.

İşin digər maraqlı tərəfi isə Annanın təşəbbüsünə Artsrun Ohannisyanın qoşulmasıdır və o, bu barədə artıq sosial şəbəkədə də paylaşım edib. Layihənin artıq ölkədə siyasi çalar aldığını nəzərə alsaq, Artsrun konstitusiyanın 14-cü maddəsini pozur deyə bilərik. Maddəyə əsasən, Ermənistanın silahlı qüvvələri siyasi məsələlərdə neytral mövqe tutur. Zabit, hərbi akademiyada vəzifə tutan Ohannisyanın neytrallığını pozması problem deyil. Əksinə, o, bundan faydalanmaq niyyətindədir. Belə bir sual ortaya çıxır ki, əgər layihənin müəllifi Paşinyanın arvadı və ya hakimiyyətdə təmsil olunmayan şəxs olsaydı, hərbçi bu işə qol qoyardımı? Çünki onun belə bir addımı müdafiə naziri Suren Papikyana qarşı dolayı yolla təxribat da hesab edilir.

Belə ki, artıq Papikyan Annanın yaxın çevrəsinin hədəfinə çevrilib və çox güman ki, Artsrun bu kampaniyaya qoşulmaqla, “birinci xanım”a iştahasından nazirliyə rəhbər təyin edilmək keçdiyini, hər zaman ona sadiq olacağını mesaj kimi ötürür. Hər hansı bir zabitin siyasi-ictimai təşəbbüsə qoşulması, ölkə başçısının və ya digər iri ranqlı məmurun arvadına ictimaiyyət qarşısında dəstək göstərməsi elə-belə məsələ, adi söhbət deyil. Bu, kökündə müəyyən planlar yatan bir məsələdir.

Yeri gəlmişkən, Artsrun keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanın da müdafiəçisi olub. Hətta o vaxt Ermənistanda deyirdilər ki, Ohannisyan Seyranın yox, Ruzannanın mətbuat katibidir. Nədənsə, hərbçi “işi böyüdərək”, baş nazirinin xanımının müdafiəçisi olmaq yolunu tutub. Bu isə aydındır, müdafiə nazirliyinə gedən yol Annaya yaltaqlanmaqdan keçir.

Qayıdaq Anna Akopyanın fiaskoya uğramış əvvəlki təşəbbüslərinə.

“Məxməri inqilab”dan sonra 2018-ci ilin yayında Akopyan “Qadınlar sülh naminə” kampaniyasına start verdi. Hətta Moskvada Tretyakov qalereyasında çıxışı zamanı məşhur rus qadınlarına da sülh çağırışı edib.

2019-cu ilin fevralında Anna Akopyan “Qadınlar Sülh naminə” kampaniyasını müvəqqəti dayandırdığını elan etdi. Bir neçə ay davam edən kampaniya fiaskoya uğradı.

2020-ci ilin avqust ayında Anna Akopyan bir radiodakı mətbuat konfransında tezliklə əsgər kimi fəaliyyət göstərməyə hazırlaşdığından danışıb. Daha sonra, artıq 25-31 avqust 2020-ci il tarixlərində sülh təbliğatçısı Anna Akopyan Qarabağda separatçı ermənilərin qadınları üçün yeddi günlük döyüş və atəş hazırlığı kursu təşkil etdi, üstəlik, bunu “Qadınlar sülh naminə” kampaniyasının məntiqinə yerləşdirdi: “Mən əminəm ki, bir çox qadın vətənlərini və övladlarını qorumaq üçün silaha sarılmağa hazırdır, lakin müharibə naminə deyil, sülhə alternativ olmadığını sübut etmək üçün”. Yəni Anna düşünürdü ki, sülh üçün müharibəyə hazırlaşmaq lazımdır. Bu da özlüyündə bir absurd fikir və kampaniya olaraq “tarixə düşdü”.

Anna 2020-ci ilin 26 oktyabr tarixində 13 nəfərlik qadın dəstəsi ilə hərbi təlimlərə başladı və tezliklə sərhədlərin müdafiəsinə yola düşəcəyini bildirdi. 6 noyabrda isə sosial şəbəkədə bildirdi ki, taqımı döyüş tapşırığına hazırdır, hətta ona erməni “çariçası” Eratonun adını verib. Amma iş orasındadır ki, artıq bu tarixlərdə erməni ordusu dabanbasma döyüş zonasını tərk edir, fərarilik halları hər dəqiqə artırdı. Üstəlik, 10 noyabr tarixində baş nazir kapitulyasiya aktına imza atıb. Bu isə Akopyanın Erato dəstəsinin hansı sərhədi qoruyacağını və hansı döyüşə qatılacağını şübhə altına almaqla yanaşı, Ermənistanda lağ və gülüş obyektinə çevirmişdi.

Qısacası, Anna Akopyanın başlatdığı yeni təşəbbüs də qısa müddətə fiaskoya uğrayacaq. Çünki onun məqsədi nə təhsilə dəstək vermək, nə də təhsilin səviyyəsini artırmaqdır. Məqsəd sadəcə seçkiöncəsi mövqeləri möhkəmlətmək, yeni elektorat toplamaq, hakim partiyanın 2026-cı ildə də qalib gəlməsi üçün bütün yollara baş vurmaqdır. Amma söyləmək yerinə düşər ki, hər gün erməni mətbuatında Akopyanın yeni təşəbbüsü tənqid edilir. Bu səbəbdən də yaxın aylarda “Təhsil dəbdir” layihəsinin ucuz bir kampaniya olduğunu görəcəyik.

Kamil Məmmədov

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see354

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see233

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see214

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see213

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see211

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see182

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see181

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see179

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see177

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see176

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see175

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see172

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see170

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see169

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see166

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see165

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri