Anomal istilər 250 ci ad gününə mane oldu Fotolar
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də müşahidə olunan güclü istilər ölkənin Müstəqillik Günü tədbirlərini axsadıb.
“Qafqazinfo” xəbər verir ki, rekord temperatur səbəbindən bir sıra paradlar, konsertlər və atəşfəşanlıq proqramları təxirə salınıb və ya tamamilə ləğv edilib.
Meteoroloqların məlumatına görə, ölkənin şərq və mərkəzi bölgələrində 185 milyondan çox insan təhlükəli isti hava xəbərdarlığı altındadır. Bəzi ərazilərdə havanın temperaturu 38°C-yə, hiss olunan temperatur isə 46°C-yə qədər yüksəlib. Bu səbəbdən yerli hakimiyyət orqanları sakinlərə zəruri olmadıqca açıq havaya çıxmamağı, bol maye qəbul etməyi və yaşlılar, uşaqlar kimi həssas qruplara xüsusi diqqət göstərməyi tövsiyə edib.
Vaşinqtonda ABŞ-nin 250 illiyi münasibətilə təşkil olunan bəzi tədbirlər də müvəqqəti dayandırılıb.
Tədbir məkanlarında soyutma çadırları, su paylama məntəqələri və dumanlandırıcı sistemlər quraşdırılıb ki, iştirakçıların təhlükəsizliyi təmin olunsun.



Baxış sayı:124
Bu xəbər 04 İyul 2026 02:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















