Icma.az
close
up
RU
Anomaliya: evdə qələbə qazanmayan “Maqdeburq” bundesliqaya can atır!

Anomaliya: evdə qələbə qazanmayan “Maqdeburq” bundesliqaya can atır!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Almaniya çempionatının 2-ci bundesliqasında bu mövsüm çox rəqabətədavamlı mübarizə gedir.

Ölkə futbolunda kifayət qədər azarkeş kütləsinə malik olan “Herta” ilə “Şalke-04” böyük ehtimalla yeni mövsümə də bu liqada başlayacaqlar. Yaxın keçmişdə bundesliqada çıxış edən bu komandalar 21 turdan sonra 18 iştirakçı arasında uyğun olaraq 13-cü və 14-cü yerləri tuturlar. Yüksək liqada sonuncu dəfə nə vaxt göründüyü belə xatırlanmayan “Maqdeburq” isə inadla bundesliqaya can atır, özü də qeyri-adi göstərici ilə!
Evdə qalib gələ bilməyən komanda
Bu komandanın adını təsadüfən vurğulamadıq. “Maqdeburq” 2-ci bundesliqada futbolun məntiqinə qarşı gedir. Məsələ ondadı ki, 21 oyuna 35 xal toplamaqla 4-cü yerdə olan komanda öz meydanında bir dəfə olsun qalib gələ bilməyib! Əlbəttə, belə göstəriciyə malik komandanın ilk 3 pilləyə iddia etməsi özlüyündə anomaliyadı. “Maqdeburq” lider “Köln”dən yalnız 5 xal geri qalsa da, azarkeşləri hələ də artıq yarıdan çox hissəsi arxada qalan mövsümdə evdə ilk qələbənin həsrətini çəkirlər. Turnir cədvəlinin yuxarı hissəsinin 21-ci turdan sonrakı vəziyyətinə nəzər salaq.
1. Köln 21 12 4 5 36-25 40
2. Hamburq 21 10 8 3 47-28 38
3. Kayzerslautern 21 11 5 5 39-31 38
4. Maqdeburq 21 9 8 4 44-33 35
5. Fortuna 21 9 7 5 37-30 34
6. Paderborn 21 9 7 5 34-28 34

Bəli, nə qədər qəribə səslənsə də, “Maqdeburq”un evdə qələbə qazana bilməməsi faktdı. 53 yaşlı Kristian Titsin 2021-ci ilin fevralından çalışdırdığı “göy-ağlar” öz meydanında keçirdiyi 10 oyunu 7 heç-heçə və 3 məğlubiyyətlə başa vurublar. Başqa sözlə, bu mövsüm qazandıqları 35 xaldan yalnız 7-sini evdə hesabına yaza biliblər. “Maqdeburq” bu planda “Herta” ilə birlikdə 2-ci bundesliqanın ən zəif iştirakçısıdı.
Fərq ondadı ki, berlinlilər maqdeburqlulardan fərqli olaraq yüksək liqaya iddia edə bilmirlər və paytaxt təmsilçisinin evdə yalnız 7 xal qazanması qeyri-adi sayılmır. Amma “Herta” öz meydanında azarkeşlərini 2 qələbə ilə sevindirməyi bacarıb. Hətta sonuncu – 18-ci yerdə olan “Yan Reqensburq” belə “doğma divarlar” arasında 13 xal (4 qələbə, 1 heç-heçə ilə) toplayıb.
Onu da qeyd edək ki, “Maqdeburq” Almaniyada ilk üç divizionda bu mövsüm evdə qələbəsi olmayan yeganə komandadı. Belə məqamda ortaya təbii sual çıxır: bəs maqdeburqlular bundesliqada oynamağa necə iddia edə bilirlər?
Birincisi, turnir cədvəlində böyük sıxlıq var: lider ilə 6-cı yeri tutan komanda arasındakı xal fərqi yalnız 6-ya bərabərdi. İkinci səbəb “Maqdeburq”un rəqib meydanlarında simasını tamamilə dəyişməsi ilə bağlıdı. Söhbət 2-ci divizionun ən yaxşı səfər komandasından gedir. “Göy-ağlar” bu mövsüm 30 minlik “Avnet Arena”dan kənarda baş tutan 11 matçdan 9 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə ayrılıblar. Nəticədə səfərdə 28 xal toplamaqla ən yaxşı göstəriciyə malikdilər! Maraq üçün Titsin komandasının son üç səfər oynunda eyni - 5:2 hesabıyla qalib gəldiyini də qeyd edək. Özü də bu oyunlardan ikisində fasiləyə məğlub yollanıblar. Deməli, maqdeburqluların əzmkarlığı da vurğulana bilər.
Dünya futbolunda hər hansı peşəkar liqanı evdə qələbə üzü görmədən qalib başa vuran komanda ilə bağlı fakta təsadüf edilmir. “Maqdeburq” çətin ki, bu planda unikal rekordu reallaşdırsın, amma hələ ki şans var…
Kuboklar Kubokunun qalibi olan komanda
“Maqdeburq” az-çox zəngin tarixə malikdi. Əsası 1965-ci ilin dekabrında qoyulan klub 3 dəfə (1972, 1974, 1975) sabiq Almaniya Demokratik Respublikasının (ADR) çempionu olub, 7 dəfə ölkə kubokunu muzeyinə aparıb. 1974-cü ildə isə finalda “Milan”ı 2:0 hesabıyla məğlub etməklə Kuboklar Kubokunda qalib adını qazanıb. Həmin il “Bavariya” Çempionlar Kubokunda qalib gəldiyi üçün iki Almaniya dövlətinin təmsilçiləri Avropa Superkuboku matçlarında qarşılaşmalıydılar. Lakin klublar oyunların təşkili ilə bağlı razılığa gələ bilmədikləri üçün turnir baş tutmayıb.
“Maqdeburq”un uğurları ADR-in 1990-cı ildə Almaniya Federativ Respublikası ilə birləşməsiylə sona çatıb. Klub yalnız 2015-ci ildə peşəkar statusunu bərpa edə bilib. O vaxtdan bundesliqada görünməyən komanda 2022/23 mövsümündən 2-ci divizionda çıxış edir. Yeri gəlmişkən, “göy-ağlar”ın ötən mövsüm Almaniya kubokunun 1/8 finalına qədər irəlilədiklərini də xatırladaq.
Liderdən 5 xal geri qalan “Maqdeburq” 2-ci bundesliqada çempionluq uğrunda mübarizədə favorit sayılmır. Bukmeker kontorları komandanın bu hədəfə çatmaq şansını 10,00 əmsalı ilə dəyərləndirir. Amma bundesliqaya vəsiqə qazanmaq şansı ifayət qədər real görünür – 4,30. Yeri gəlmişkən, 2-ci divizionda ilk iki yeri tutan komanda birbaşa bundesliqaya yüksəlir. 3-cü yerin sahibi isə ən yüksək liqada 16-cı yeri tutan klubla pley-off oyunları keçirir. Tutaq ki, “Maqdeburq” 2-ci bundesliqanın 3-cü ən yaxşı komandası kimi keçid oyunlarına vəsiqə qazanır. Deməli, bundesliqadakı yerini qorumağa çalışacaq rəqib ilk növbədə ev oyununa görə narahat olmalıdı. Yetərincə qəribə səslənən fikirdi…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Fevral 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri