Anqolanın gənclər və idman nazirinin müavini BANMdə olub AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 dekabr, AZƏRTAC
Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva və İnfrastruktur departamentinin müdiri Elizabet Kailo SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov təhsil müəssisəsinin güclü maddi-texniki bazasını və beynəlxalq əlaqələrini vurğulayıb. Rektor ali məktəbdə Konqo, Nigeriya, Sudan və digər Afrika ölkələrindən tələbələrin təhsil aldığını vurğulayıb.
Görüşdə gələcəkdə Anqoladan da tələbələrin təhsil almasının mümkünlüyü müzakirə edilib. Həmçinin Anqolada BANM məzunlarının çalışdıqları diqqətə çatdırılıb.
Paulo Rodriqes da Silva isə çıxışında Azərbaycan ilə təhsil sahəsindəki əməkdaşlığın inkişafını yüksək qiymətləndirərək bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Sonda kampusu gəzən qonaqlar yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















