Icma.az
close
up
RU
ANS nümunəsi və Celal Çiftçi işi

ANS nümunəsi və Celal Çiftçi işi

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə bəzi dairələrin Azərbaycana qarşı həftələrdir davam etdirdiyi qarayaxma kampaniyası səngimək yerinə daha kəskin xarakter alır. Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) isə prosesin qarşısını almaq üçün əlini daşın altına qoymaq yerinə kampaniyada xüsusi canfəşanlıq nümayiş etdirir. AKP rəsmiləri, millət vəkilləri ölkəmizi hədəfə almaq üçün sanki sıraya düzülüblər. Üstəlik, AKP Azərbaycana qarşı radikal çıxışlar edənlərə də səsini çıxarmır.
Son hadisələr nurçu-islamçı AKP-nin Azərbaycana münasibətinin əsl üzünü yenidən gözlər önünə sərir. Halbuki, Türkiyənin çətin günlərində, AKP hakimiyyətinə qarşı çevriliş cəhdi olanda Azərbaycan dövləti tamamilə fərqli, əsl qardaşlıq mövqeyi nümayiş etdirmişdi.  
Azərbaycanın prinsipiallığının ANS nümunəsi 
2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdindən sonra Azərbaycan dövləti hadisəni Türkiyə dövlətçiliyinə və xalqın iradəsinə qarşı yönəlmiş cinayət kimi qiymətləndirdi. Rəsmi Bakı Türkiyənin demokratik yolla seçilmiş hakimiyyətinə dəstəyini bəyan etdi.

Həmin dövrdə ANS telekanalının fəaliyyətini necə və hansı səbəbdən dayandırdığı da hamımız yaxşı bilirik. Məhz Fətullah Gülənlə bağlı süjetin kanalın efirində yayımlanmasından sonra ANS-in fəaliyyətinə xitam verilmişdi. 


Yəni, həmin vaxt Azərbaycan Türkiyə dövlətçiliyinə qarşı yönələn təxribatçı addıma qarşı prinsipial mövqe nümayiş etdirdi. Ancaq bu gün Azərbaycana qarşı yönələn ideoloji hücumlar zamanı Türkiyədən eyni prinsipiallığı görmürük. 
Celal Çiftçi işi və AKP-nin gizli razılığı
Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında başlayan qarayaxma kampaniyası ideoloji müdaxilə cəhdləri ilə də müşayiət olunur. Bu prosesdə türkiyəli jurnalist, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçinin sosial şəbəkələrdəki paylaşımları xüsusi diqqət çəkir. O Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyə yönələn materiallar paylaşıb. Bu səbəbdən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Çiftçiyə cinayət işi açılıb, barəsində beynəlxalq axtarış elan olunub. Azərbaycan tərəfi Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərildiyini də açıqlayıb.

Maraqlı məqam ondan ibarətdir ki, cinayət işi açıldıqdan sonra Celal Çiftçi hicab ilə bağlı açıqlamalarının Azərbaycanda narazılıq yaratmasına görə əvvəlcə Azərbaycan dövlətindən və xalqından üzr istədi. Amma Çiftçi sonradan hicabla bağlı məsələdə ikiüzlülük nümayiş etdirərək Azərbaycana qarşı radikal çıxışlarına davam edir. 


Onun təxribatçı açıqlamaları ilə bağlı nə Türkiyə hakimiyyətindən, nə də AKP-nin hər hansı üzvündən etiraz mesajı gəlib. Üstəlik “Şanlıurfa Olay” qəzeti və Celal Çiftçiyə də Türkiyədə gözün “üstə qaşın var” deyən olmayıb. Halbuki, Azərbaycan ANS nümunəsində olduğu kimi, Türkiyənin dövlət maraqları müzakirə predmeti olanda prinsipiallığını açıq şəkildə ortaya qoymuşdu. Ancaq AKP hakimiyyəti prinsipial mövqe ortaya qoymaqdan xeyli uzaq mövqedədir. 
AKP-nin nurçu-islamçı təfəkkürü
Sözügedən prinsipiallığın göstərilməməsinin başlıca səbəbi isə AKP-nin siyasi kursudur. Nurçu-islamçı ideologiyanın daşıyıcısı olan AKP üçün dini həssaslıqlar hakimiyyəti qorumaq, diqqəti daxili problemlərdən yayındırmaq üçün əsas alətdir. Azərbaycan məktəblərində vahid forma məsələsinin bu qədər radikal formada qabardılması da məhz AKP-nin nurçu-islamçı ideologiyasından qaynaqlanır. 

Lakin proses sadəcə ideoloji və daxili siyasi maraqlardan ibarət deyil. Xatırladaq ki, Türkiyədəki nurçu şəbəkələrin siyasi və ictimai həyata təsiri AKP hakimiyyəti dövründə ən yüksək səviyyəyə çatıb. Bu şəbəkələrin ən tanınmış qollarından biri Fətullah Gülənin rəhbərlik etdiyi təşkilatlanma idi. Gülən hərəkatı təkcə Türkiyədə deyil, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda məktəblər, təhsil müəssisələri, media qurumları və biznes strukturları vasitəsilə geniş təsir şəbəkəsi formalaşdırmışdı.

AKP-nin hakimiyyətə gəldiyi ilk illərdə Fətullah Gülən şəbəkəsi ilə münasibətləri əməkdaşlıq xarakteri daşıyırdı. Daha doğrusu, AKP-nin iqtidara gəlməsində Gülənin mənəvi, siyasi dəstəyi vacib rol oynamışdı. Lakin illər keçdikcə ikili arasında münasibətlər pozuldu, kəskin qarşıdurmaya çevrildi. 2016-cı ildəki çevriliş cəhdindən sonra Türkiyə hakimiyyəti Gülən hərəkatını dövlət çevrilişinin təşkilində ittiham etdi və ona qarşı genişmiqyaslı tədbirlər həyata keçirdi.
Lakin FETÖ-çülərin çıxardığı oyun AKP üçün dərs olmadı. FETÖ-nün yerini başqa dini cərəyanlar doldurdu. Süleymançılar, Mənzil və İsmayıl ağa təriqətləri, o cümlədən nurçuların digər qolları bu gün də AKP-nin əsas dayaqlarıdır. Çünki nurçu-islamçı ideologiyanın daşıyıcısı olan AKP üçün təriqətlər dini kəsimin dəstəyini almaq və hakimiyyətdə qalmaq üçün açar rolunu oynayır. 
Türkiyədən Azərbaycana ideoloji müdaxilə cəhdləri
Doğrudur, Azərbaycanın davamlı siyasi inkişaf kursu, müstəqilliyini möhkəmləndirməsi və milli kimlik məsələlərində öz yolunu müəyyənləşdirməsi xarici ideoloji dairələrin təsir imkanlarını məhdudlaşdırır. Bu amil ölkəmizə qarşı dini şüarlarla pərdələnən təsirləri minimuma endirsə də, təzyiq cəhdləri hələ də qalır. 
Türkiyədən qaynaqlanan dini-ideoloji təsir şəbəkələrinin fəaliyyəti də bu kontekstdə qiymətləndirilməlidir. 
Xatırladaq ki, Azərbaycan Türkiyədən ölkəmizə ayaq açan təriqətlərin yaratdığı problemləri daha əvvəl də yaşayıb. Xüsusilə AKP hakimiyyətə gəldikdən sonra Azərbaycanda “nurçu” şəbəkənin formalaşmasına maddi, siyasi dəstək göstərirdi. 
Lakin 2013-cü ildən sonra Türkiyədə Gülən hərəkatı ilə hakimiyyət arasındakı qarşıdurmanın dərinləşməsi bu şəbəkənin Azərbaycandakı fəaliyyətinə zərbə vurdu. Ölkəmizdə “Nurçu” şəbəkəni təmizləmək üçün uzun müddət mübarizə aparıldı.
2014-cü ildə bu şəbəkəyə bağlı təhsil müəssisələrinin bir hissəsi bağlandı, sonrakı mərhələdə digər strukturların fəaliyyəti də məhdudlaşdırıldı. 2016-cı ildə Türkiyədəki çevriliş cəhdindən sonra isə Qafqaz Universitetinin fəaliyyəti tam dayandırıldı. Universitetin bağlanması ilə yanaşı, onun əməkdaşları ilə bağlı da tədbirlər görüldü.
Dövlət maraqları AKP-nin siyasi hesablarına qurban verilə bilməz
Azərbaycan Türkiyə ilə münasibətlərini ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji tərəfdaşlığa əsaslanır. Azərbaycan “bir millət, iki dövlət” şüarını Türkiyə ilə münasibətlərdə daim rəhbər tutur. Türkiyədəki Atatürkçü, milliyətçi kəsim də bu yanaşmadan çıxış edir, Azərbaycanın daxili işlərinə müdaxilə edən dairələrin qarşısında mövqe tuturlar.

Ancaq Türkiyədə iqtidarda olan AKP ilə bağlı vəziyyət fərqlidir. AKP faktiki olaraq türklüyü, qardaşlığı, dünyəviliyi nurçu-islamçı siyasi kursuna qurban verir. Bu da yetmirmiş kimi, cəmi 10 il əvvəl AKP iqtidarını hədəf alan dövlət çevrilişi zamanı Azərbaycanın göstərdiyi prinsipiallığı Türkiyə hakimiyyəti Azərbaycana qarşı dini radikalizmi təşviq edən, ölkəmizin konstitusiya quruluşunu hədəfə alanlar üçün göstərmir.


Təbii ki, bu mövqeyin arxasında AKP-nin siyasi oyunları, xilafət ambisiyaları, iqtisadi maraqları, dini-ideoloji çevrələrlə münasibətləri dayanır. Ancaq bütün bunlar fonunda bir həqiqət dəyişmir: Azərbaycanın dövlət suverenliyi heç bir partiyanın siyasi hesablarına, heç bir təriqətin ideoloji iddialarına və heç bir xarici dairənin maraqlarına qurban verilə bilməz.
Bizim.Media-nın analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Oktyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri