Icma.az
close
up
RU
Antalya Diplomatiya Forumu qlobal münasibətlər sisteminə hansı təsirləri göstərəcək?

Antalya Diplomatiya Forumu qlobal münasibətlər sisteminə hansı təsirləri göstərəcək?

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, aprelin 11-13-də Türkiyənin Antalya şəhərində Antalya IV Diplomatiya Forumua(ADF) keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN)təşkilatşılığı ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edib. ADF 2025-də dörd mindən çox qonaq iştirak edib. Dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edib. Beynəlxalq tədbir 3 gün davam edib.

Antalya Diplomatiya Forumunun  dünyanın ən aktual məsələlərinin müzakirə edildiyi bir platformaya çevrildiyini nəzərə aldıqda, bu  Forum  mürəkkəb geopolitik şəraitdə qlobal münasibətlər sisteminə hansı təsirləri göstərəcək?

Politoloq Turan Rzayev Missiya.Az-a açıqlamasında deyib ki, dünyada müxtəlif problemlərin müzakirə edildiyi bir çox bənzər Forumlar var, amma Antalya Forumu həm regional, həm də Türkiyənin öhdəsinə götürdüyü siyasi diplomatik fəaliyyət fonunda son illərdə təsirini artırmaqdadır:

“Həmin Forumda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq problemləri, kibertəhlükəsizlik, ekologiya və s. kimi bir çox məsələlər müzakirə edilir. Artıq ölkələr belə tədbirlərdə, habelə Antalya Müzakirə Forumunda iştirak edərək, öz maraqları çərçivəsində qeyri-rəsmi danışıqlar apararaq və problemlərin həlli istiqamətində ittifaqlar, tərəfdaşlıqlar yaratmaq üçün təmaslar qura bilirlər”.

Politoloq əlavə edib ki, Azərbaycan da sözügedən Foruma hər zaman maraqlı olub:

“Bu dəfə də xüsusi görüşlər keçirilib. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Prezidenti, Gürcüstanın Baş naziri, İsrail təmsilçiləri, o cümlədən Suriya Prezidenti ilə görüşləri baş tutub. Şübhəsiz, Rəsmi Bakı da mürəkkəb geopolitik şəraitdə özünə xas bir xarici siyasət balansı yeridir. Türklərin özü də Azərbaycanın bu Foruma qatılmasında maraqlıdır. Həm Azərbaycan, həm də digər ölkələrin iştirakı Türkiyənin prestiji baxımından əhəmiyyətli rol oynayır”.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri