Antalyada lüks mənzilini kirayə verən rusiyalı qadının həyatı alt üst olub
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Antalyada 10 il əvvəl aldığı evini kirayəyə verən Rusiya vətəndaşı Janna Xudyakova kirayəçisi evdən çıxmadığı üçün dörd ilə yaxındır mübarizə aparır.
Bu barədə Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir.
Rusiyada müəllim işləyən Xudyakova 2014-cü ildə Liman məhəlləsində mənzil alıb. Yay aylarında bir müddət Antalyada yaşayan qadın 2014-cü ilin əvvəllərində oradakı evini bir il müddətinə kirayə verib.
Kirayə müddəti bitdikdən sonra Antalyada məskunlaşmaq qərarına gələn Xudyakova kirayəçisinin evdən çıxmadığına görə məsələni məhkəməyə daşıyıb. Təxminən 1.5 il davam edən məhkəmə işi nəticəsində kirayəçinin evdən çıxarılması barədə qərar verilib, lakin etiraz əsasında iş Apellyasiya Məhkəməsinə verilib.
Apellyasiya şikayəti prosesinin uzanmasına görə o, dörd ilə yaxındır ki, həmin yaşayış binasının zirzəmisində məskunlaşıb və həmin yaşayış binasının sakinlərinin ümumi sahəsi olan anbarda həyatını davam etdirməyə çalışır.
Yaşamağa başqa yeri olmayan qadının məhkəmə qərarını gözləməkdən başqa çarəsi qalmayıb.
Baxış sayı:77
Bu xəbər 19 May 2025 04:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















