Antalyada rusiyalı turistin faciəli ölümü: Üzərindən kater keçib
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Antalya şəhərində rusiyalı turistin üzərindən kater keçib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Mənbənin məlumatına görə, hadisə Kəmər kurort zonasında baş verib. 42 yaşlı Linariya Muzipova üzməyə gedib və xəbərdarlıq nişanlarını üzüb keçib. Bu zaman turistlərə dəniz üzərində paraşütlə uçmağı təklif edən paraşüt kateri qadının üzərinə doğru hərəkət edib. Yüksək sürətlə gələn kater Muzipovanı vurub. Ətrafdakılar dərhal xilasetmə xidmətini çağırıblar, lakin turist qadının həyatını xilas etmək mümkün olmayıb, gələn həkimlər onun öldüyünü bildiriblər.
Mühasib işləyən Linaranın 20 yaşlı qızı qalıb. Qızının sözlərinə görə, o, tez-tez tək səyahət edirmiş və ilk dəfə deyilmiş ki, Antalyada dincəlirmiş.
Gəminin kapitanı və şirkətin sahibi saxlanılıblar, istintaq bitənə qədər ərazidə gəmilərin hərəkəti qadağan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















