Icma.az
close
up
RU
Antalyada yanan Rusiya təyyarəsindəki sərnişinləri Sultan xilas edibmiş TƏFƏRRÜAT

Antalyada yanan Rusiya təyyarəsindəki sərnişinləri Sultan xilas edibmiş TƏFƏRRÜAT

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 24-də Rusiyanın "Azimut" şirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Antalya şəhərində eniş edərkən hava gəmisində yanğın başlayıb. Təyyarədə olan 80 sərnişinin xilas edilməsində Azərbaycan vətəndaşı Sultan Sultanov böyük rol oynayıb.

News24.az xəbər verir ki, o, AZƏRTAC-a açıqlamasında həmin dəhşətli hadisədən danışıb: "Təyyarə yerə enən kimi alovlandı. Bələdçi olan gənc xanım özünü itirmişdi. Mən ön cərgədə oturmuşdum, dərhal qəza qapısını açdım və sərnişinlər tüstü bürümüş salondan tələsik çıxmağa başladılar".

Sultan Sultanov Bakının Bilgəh qəsəbəsində doğulub, orada boya-başa çatıb. Artıq 10 ildir ki, Rusiyanın Krasnodar diyarında yaşayır, meyvə-tərəvəz bazasında çalışır.

"Mən işimlə əlaqədar tez-tez xarici ölkələrdə səfərlərdə oluram. Elə bu dəfə də Misirin paytaxtı Qahirəyə səfər etməli idim. Ancaq içimdə hansısa bir hiss məni bu yolçuluqdan çəkindirirdi. Nəhayət, bilet alıb, Türkiyə tranzit olmaqla yola çıxdım. Hər təyyarəyə minəndə yuxu dərmanı qəbul edirəm, heç vaxt da əvvəlcədən oturacağım yeri qeyd etmirəm. Ancaq bu dəfə hər şey başqa cür oldu", - deyə Sultan bildirib.

Deyir ki, təyyarə Antalya hava limanına enəndə mühərrikin alovlandığını, yanacaq çənindən yanacağın yerə axdığını görüb və vəziyyətin təhlükəli olduğunu anlayıb.

"Antalyaya enəndə sanki təyyarəni yerə çırpdılar. Sanki hansısa ilahi qüvvə məni ön cərgədəki oturacaqda əyləşdirmişdi. Təyyarə bələdçisi, gənc qız özünü itirmişdi. Mən dərhal irəli keçib qəza qapısını açdım və sərnişinlərin salonu tərk etməsinə kömək etdim. Antalya hava limanının əməkdaşları da, sağ olsunlar, cəld tərpəndilər. Yanğın qısa müddətdə söndürüldü", - deyə o vurğulayıb.

Xatırladaq ki, noyabrın 24-də Rusiyanın "Azimut" şirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Antalya şəhərində eniş edərkən hava gəmisində yanğın baş verib. Təyyarədə olan 80 sərnişin xilas edilib. Krasnodar sakini, Azərbaycan vətəndaşı Sultan Sultanova sərnişinlərin xilas olunmasında etdiyi yardıma görə Rusiya Dövlət Duması tərəfindən minnətdarlıq məktubu göndərilib. Dumanın deputatı Dmitri Qusyev Krasnodar diyarının qubernatoru Venyamin Kondratyevə müraciət ünvanlayaraq, Sultan Sultanovun mükafatlandırılmasını xahiş edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri