Icma.az
close
up
RU
Antarktidada 362 müəmmalı sarsıntı: Qiyamət buzlağı altdan parçalanır?

Antarktidada 362 müəmmalı sarsıntı: Qiyamət buzlağı altdan parçalanır?

Icma.az bildirir, Olke.az portalına istinadən.

Antarktidanın ən həssas nöqtələrindən biri sayılan Thwaites buzlağı səssiz, lakin dərin təhlükə ilə üz-üzədir. 

Ölkə.az xəbər verir ki, alimlər "Qiyamət buzlağı” kimi tanınan bu nəhəng buz kütləsinin son on il ərzində yüzlərlə dəfə sarsıldığını müəyyən ediblər. Aşağı tezlikli dalğalara malik olduqları üçün indiyədək radarların diqqətindən yayınan bu zəlzələlər buzlaqda qeyri-sabitliyin gözləniləndən qat-qat ciddi olduğunu göstərir.

Avstraliya Milli Universitetindən tədqiqatçı Than-Son Fam 2010–2023-cü illər arasında Antarktidada baş verən 360-dan çox buzlaq zəlzələsini üzə çıxarıb. Bu seysmik hadisələrin 245-i birbaşa Thwaites buzlağı ətrafında qeydə alınıb. İndiyədək bu sarsıntıların aşkarlanmamasının əsas səbəbi onların Qrenlandiyada müşahidə edilən oxşar hadisələrlə müqayisədə xeyli zəif olması idi. Fam qlobal detektor şəbəkələri əvəzinə Antarktidanın daxilində yerləşən seysmik stansiyalardan istifadə edərək bu gizli hərəkətliliyin xəritəsini çıxara bilib.

Buzlaq zəlzələləri adətən nəhəng buz kütlələrinin əsas gövdədən qoparaq aşması nəticəsində yaranır. Araşdırmaya görə Thwaitesdə müşahidə edilən sarsıntılar təkcə mövsümi temperatur dəyişiklikləri ilə bağlı deyil. Bu zəlzələlərin buzlağın dənizə doğru axan hissəsinin sürətləndiyi dövrlərlə paralel getməsi diqqət çəkir. Son otuz ildə Thwaitesdən okeana axan buzun həcmi iki dəfə artıb. Bu fakt sarsıntıların sadəcə nəticə deyil, eyni zamanda əriməni sürətləndirən mexanizmə çevrildiyini düşündürür.

Thwaites buzlağının tam çökməsi qlobal dəniz səviyyəsini təxminən 3 metr yüksəltmək potensialına malikdir. Bu isə sahilyanı şəhərlərin xəritədən silinməsi üçün kifayət qədər böyük göstəricidir. Tədqiqatda diqqət çəkən digər məqam Pine Island buzlağı yaxınlığında qeydə alınan sarsıntılar olub. Sahildən 60–70 kilometr daxildə baş verən bu hadisələrin səbəbi hələ də aydın deyil. Mütəxəssislər bu sarsıntıların mahiyyətini və buzlaqların parçalanma prosesinə təsirini anlamaq üçün bölgədə araşdırmaların dərinləşdirilməsinin vacibliyini vurğulayırlar.(qaynarinfo)
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri