Antarktidada 85 yeni gizli göl aşkarlanıb
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Antarktida buzlaqlarının dərinliklərində alimlər 85 yeni gizli göl kəşf ediblər. Bununla da qitədə məlum olan aktiv göllərin sayı 231-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə PHYS.org məlumat yayıb. Bildirilir ki, kəşf Avropa Kosmik Agentliyinin "CryoSat" peykindən 10 il ərzində toplanmış məlumatlar əsasında mümkün olub.
Alimlər buzlaqların qalxıb-enmə hərəkətlərini izləyərək göllərin dolub-boşalma proseslərini müşahidə ediblər.
Tədqiqat nəticələri göstərib ki, Antarktidanın su sistemi əvvəllər güman olunandan daha dinamikdir. Bu göllərin fəaliyyəti buzlaqların hərəkətinə, okean dövriyyəsinə və hətta dünya okeanının səviyyəsinə təsir edə bilər.
Mütəxəssislər hesab edirlər ki, belə müşahidələr iqlim modellərində buzlaqların gələcək sabitliyini proqnozlaşdırmaq üçün mühüm əhəmiyyət daşıyır.
Baxış sayı:76
Bu xəbər 23 Sentyabr 2025 03:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















