Icma.az
close
up
RU
Antarktidada tapılan zəngin neft ehtiyatları Rusiyanı dünyanın lider ölkəsinə çevirəcək

Antarktidada tapılan zəngin neft ehtiyatları Rusiyanı dünyanın lider ölkəsinə çevirəcək

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Antarktidada tapılan zəngin neft ehtiyatları Rusiyanı dünyanın lider ölkəsinə çevirəcək

Rusiya Antarktida uğrunda Qərb ölkələri ilə mübarizədə ən böyük uğurlarından birini qazanıb. Belə ki, Moskva buzlu qitədə özünə aid olduğunu iddia etdiyi ərazidə nəhəng neft yatağı aşkar edib. Rusiyalı geoloqların ilkin araşdırmalarına görə. Yeni yatağın ehtiyatları 511 milyard barel həcmində qiymətləndirilir ki, bu da son 50 ildə Şimal dənizində hasil edilən neftdən on dəfə çoxdur. Bu yataq işlənərsə, Rusiya Səudiyyə Ərəbistanı və Venesuela kimi ölkələri keçərək neft hasilatında aparıcı ölkələrdən birinə çevriləcək.

Tanınmış ekspert İlham Şabanın sözlərinə görə, belə nəhəng neft ehtiyatlarının Rusiyanın əlində cəmlənməsi ciddi geosiyasi dəyişikliklərə gətirib çıxaracaq. O xatırladıb ki, bir çox ölkələr Moskvanın Antarktidakı fəaliyyətinə mane olmaq istəyirlər və bu zaman qitənin təbii sərvətlərinin hər hansı istismarını qadağan edən Antarktika Müqaviləsinə əsaslanırlar

İlham Şabanın fikrincə istənilən haldaRusiyanın bu cür nəhəng sərvətdən könüllü olaraq imtina etməsi mümkün deyil. Bütün bunların fonunda dünya gücləri arasında geosiyasi qarşıdurmanın kəskinləşə biləcəyi gözlənilir.

Xüsusilə, Rusiya artıq Antarktidada təbii sərvət yataqlarının sonradan çıxarılması məqsədilə elmi tədqiqat adı altında kəşfiyyat işləri ilə məşğul olmaqda ittiham olunur.

Qeyd edək ki, Qərb mətbuatı bu mövzuya ilk dəfə deyil, diqqəti cəlb edir. Xüsusən də Britaniyanın “The Telegraph” nəşri yazda Rusiyanın Antarktidada neft yatağı kəşf etdiyini yazıb. Bununla belə nəşr xatırladıb ki, 1959-cu il Antarktika Müqaviləsi regionda bütün neft və qaz layihələrini qadağan edir.

Buna paralel olaraq 1999-cu ildə qüvvəyə minmiş bu regionun ətraf mühitin mühafizəsi haqqında Protokol faydalı qazıntıların axtarışı, kəşfiyyatı və hasilatı ilə bağlı işlərə 50 il müddətinə moratorium qoyur, lakin elmi geoloji və geofiziki tədqiqatların aparılması qadağan edilməyib. Bəzi britaniyalı ekspertlərin fikrincə, nəhəng ehtiyatların kəşfi potensial olaraq bu təmiz bölgədə qazma işlərinə gətirib çıxara və onun incə ekoloji tarazlığını poza bilər.

Əziz Mustafa, Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 17 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see120

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri