Icma.az
close
up
RU
Antarktikada ciddi həyəcan: Sahil şəhərlərini hansı qorxunc ssenari gözləyir?

Antarktikada ciddi həyəcan: Sahil şəhərlərini hansı qorxunc ssenari gözləyir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yüzlərlə alim Antarktikanın gələcəyinə dair vəziyyəti dəyərləndirmək üçün Avstraliyada "təcili vəziyyət zirvəsi" adı altında toplanıb. Qütb tədqiqatçıları açıqladıqları bəyanatda bildiriblər ki, Antarktikanın əriməsini və qlobal miqyasda fəlakətli dəniz səviyyəsi artımını önləmək üçün təcili tədbirlər görülməlidir.

Qaynarinfo bu barədə " IFLScience" jurnalına istinadən xəbər verir.

Antarktikanın əriməsinin mümkün təsirləri

Avstraliyanın yaxın qonşuluğunda yerləşən Şərqi Antarktika dəniz səviyyəsinin artımı baxımından dünyada ən qeyri-müəyyən bölgədir. Şərqi Antarktika buz təbəqəsi tamamilə əriyərsə, bu, dəniz səviyyəsini təxminən 50 metr qaldıra, bu isə sahil şəhərləri və infrastruktur üçün dağıdıcı təsirlər yarada bilər.

Antarktika və Cənub Okeanının canlı populyasiyasına verdiyi faydaların əhəmiyyəti tez-tez gözardı edilir. Ancaq bu bölgədə qlobal istiləşmə ilə bağlı dəyişikliklər böyük həcmdədir. Tədqiqatlar göstərir ki, rekord səviyyədə azalan dəniz buzu, 40°C-dən yuxarı çıxan istilik dalğaları və buz sahanlıqlarında artan qeyri-sabitlik ciddi narahatlıq doğurur. Quruda və dənizdə dəyişmə prosesində olan ekosistemlər bizə bu həssas bölgədə sürətli və görünməmiş transformasiyaları görməyə imkan verir.

Fəlakətin qarşısını almaq üçün görülməli tədbirlər

Antarktikada buzun sürətlə itirilməsi qlobal dəniz səviyyəsinin ciddi dərəcədə yüksəlməsinə səbəb ola bilər. Alimlər bu prosesin geri dönülməz bir mərhələyə keçib-keçmədiyini hələ müəyyən edə bilmir.

Bu həftə Avstraliyanın Tazmanya Universitetində keçirilən Avstraliya Antarktika Tədqiqatları Konfransında təxminən (AAPP) 500 qütb tədqiqatçısı iştirak edib. Tədbirdə qeyd edilib ki, qlobal dəniz səviyyəsi son 30 ildə 10,5 santimetr artıb. Bu yüksəliş həm də qlobal iqlim dəyişikliyinin Antarktidada buzların əriməsinə səbəb olması ilə bağlıdır. Xəritənin ən cənub hissəsində yerləşən qitə hər saatda təxminən 17 milyon ton buz itirir. Bu itkini hər tərəfdən 260 metr olan nəhəng buz kubuna bərabər hesab edə bilərsiniz.

Bütün bunlar azmış kimi, ərimə sürəti də artır. Peyk görüntüləri bizə bunu göstərir: Antarktida buzunu 30 il əvvəlkindən altı dəfə tez itirir. Hətta bir vaxtlar nisbətən sabit və dəyişikliyə qarşı immunitetli olduğu düşünülən Şərqi Antarktida da istilik dalğaları səbəbindən böyük buz itkiləri ilə üzləşir.

AAPP xəbərdarlıq edir ki, əgər istixana qazı emissiyaları azaldılmasa,Avstraliyanın sahilyanı şəhərlərinin dəniz səviyyəsindən 80 santimetr yüksəkliyə çatacağı və 2100-cü ilə qədər su altında qalacağı proqnozlaşdırılır.

Təxirəsalınmaz tədbirlərin vacibliyi

Düşünə bilərik ki, buzlaqlarda yaşanan bu problemlərə yavaş-yavaş öyrəşməyimiz problemi müəyyən qədər yüngülləşdirməyə kömək edəcək. Bununla belə, dünya hazırkı fəlakətin miqyasını minimuma endirmək üçün istixana qazları emissiyalarını sürətlə və davamlı şəkildə azaltmalıdır.

Alimlər vurğulayırlar ki, qlobal istiləşmə və buz itkisinin qarşısını almaq üçün karbon emissiyalarını sürətli şəkildə azaltmaq vacibdir. İnsanlıq təcili olaraq "karbon əyrisini aşağı əymək" üçün konkret addımlar atmalı və uzunmüddətli hədəflər müəyyən etməlidir. Əks halda, gələcək nəsillər ciddi şəkildə dəyişmiş iqlim şəraitində yaşamağa məcbur olacaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri