Anthropic modelləri ilə OpenAI sistemlərinə müdaxilə etdilər
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Təhlükəsizlik tədqiqatçıları süni intellekt modellərinin kiberhücumlarda necə istifadə oluna biləcəyini nümayiş etdirərək "OpenAI" sistemlərinə müdaxilə etməyə nail olublar.
Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, hücum zamanı “OpenAI”ın birbaşa öz modellərindən deyil, rəqibi “Anthropic” tərəfindən hazırlanmış süni intellekt alətlərindən istifadə edilib.
Araşdırma süni intellektin artıq yalnız kibertəhlükəsizlikdə köməkçi vasitə kimi deyil, hücum prosesinin müxtəlif mərhələlərini avtomatlaşdırmaq üçün də istifadə oluna biləcəyinə diqqət çəkir. Tədqiqatçılar “Anthropic” modellərindən istifadə edərək “OpenAI”ın sistemlərinə qarşı hücum həyata keçirərək onların təhlükəsizlik mexanizmlərində zəiflikləri müəyyənləşdiriblər.
Hadisə süni intellekt şirkətləri üçün yeni təhlükəsizlik problemini də ortaya qoyur: güclü süni intellekt modelləri bir şirkət tərəfindən hazırlanarkən, onların imkanlarından istifadə edərək başqa şirkətlərin sistemlərinə hücum etmək mümkündür. Bu isə süni intellekt modellərinin yalnız öz platformalarının deyil, daha geniş rəqəmsal ekosistemin təhlükəsizliyi baxımından da nəzarətdə saxlanılmasını zəruri edir.
Şəbnəm İbrahimxəlilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 18 Sentyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















