Icma.az
close
up
RU
Anti Azərbaycan qüvvələri İrana TOPLANDI Tehran görüşünün PƏRDƏARXASI

Anti Azərbaycan qüvvələri İrana TOPLANDI Tehran görüşünün PƏRDƏARXASI

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sentyabrın 9-da Tehranda Ermənistan, İran və Hindistan arasında xarici işlər nazirlikləri səviyyəsində üçüncü siyasi məsləhətləşmələr raundu keçirilib.
İran nümayəndə heyətinə XİN-in Cənubi Asiya üzrə baş direktoru Məhəmməd Rza Bəhrami, Hindistan nümayəndə heyətinə XİN-in regional baş direktoru Anant Prakaş, Ermənistan nümayəndə heyətinə isə XİN-in Asiya-Sakit okean departamentinin rəhbəri Anahit Karapetyan rəhbərlik edib.
Görüşdə tərəflər əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Əsas müzakirə mövzuları arasında nəqliyyat sahəsində əməkdaşlıq xüsusi yer tutub. Bu kontekstdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC), Ermənistanın “Dünyanın kəsişməsi” layihəsi və Çabahar limanının strateji yerləşməsindən istifadənin perspektivləri önə çəkilib.
Bundan başqa, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafı, “xalqdan xalqa” münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Razılaşmaya əsasən, növbəti üçtərəfli görüş tərəflərin müəyyənləşdirəcəyi tarixdə Ermənistanda keçiriləcək.
Tehran görüşünün tarixindəki qəribəlik
Nə təsadüfdürsə Tehran toplantısı ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrinin Bakıya gəlişi ilə eyni vaxta düşüb. Xəbər verdiyimiz kimi sentyabrın 8-də ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla və digər rəsmi şəxslərlə görüşüblər.
Görüşlərdə cari ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlər təqdir edilib, perspektivlər müzakirə edilib.
Nəzərə alaq ki, 8 avqust görüşündə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihə əsas müzakirə mövzularından biri olub. Sonda qarşılıqlı razılığıa əsasən bu yola “Tramp dəhlizi” adı verilib.
Təbii ki, 8 avqust razılaşması bəzi ölkələr, xüsusən də İran və Hindistan tərəfindən qısqanclıqla qarşılanıb.
Hətta bununla bağlı əcaib fikirlər səslənib. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Zəngəzur dəhlizi” ilə bağlı növbəti dəfə təxribatçı açıqlama verib.
O, KİV-ə müsahibəsində bildirib ki, Azərbaycanın qərb rayonlarını Sünik (?) vasitəsilə Naxçıvanla birləşdirən yolun “dəhliz” adlandırıldığını eşitməyib.
Sobhani iddia edib ki, “dəhliz” adlı heç nə mövcud deyil:
“Söhbət yoldan gedir — nə sülh sazişində, nə də imzalanmış bəyanatda dəhlizdən söz açılır. Heç bir dəhliz olmayacaq, zorla heç nə alınmaz”.
Bu bəyanat Tehrandakı üçtərəfli görüşün mahiyyətini ortaya qoyur.
Hindistan və İran axına qarşı üzərək ortaya mövqe qoymaq istəyir. Ən qəribəsi isə budur ki, onlar Ermənistanın siyasi hakimiyyətindən də alət kimi istifadə edirlər. Paşinyan Trampla görüşür, bütün məsələlərdə və hətta “Tamp dəhlizi” məsələsində razılığa gəlir. Digər tərəfdənsə o öz adamlarını bu layihənin əksinə gedən dövlətlərin rəsmiləri ilə görüşə göndərir.
Bu da Paşinyanın bütün məsələlərdə qeyri-səmimi olduğunu və ikili siyasət yürütdüyünü göstərir.
İran da ikili oynayır
İrana gəldikdə isə Prezident Pezeşkianın dedikləriylə, səfir Sobhaninin söylədikləri qətiyyən üst-üstə düşmür. Ən qəribəsi odur ki, bu ilin sonu, növbəti ilin əvvəli Azərbaycanı Naxçıvanla birləşdirəcək və İran ərazisindən keçəcək  dəmir və avtomobil yolları istismara veriləcək.
Bütün bunlardan sonra İran səfirinin “heç bir dəhliz olmayacaq” deməsi çox təəccüblü görünür. Çünki sağlam düşüncəsi və məntiqi olan birisi bu cür sərsəm fikirlər səsləndirməz. Bu cür bəyanatlar olsa-olsa daxili auditoriyanı yanlış yönə istiqamətləndirməkdən başqa bir şey deyil.
Hindistanın “adı üstündədir”
Hindistan nümayəndələrinin Tehranda peyda olmasında isə qəribə heç nə yoxdur. Rəsmi Dehlinin Azərbaycana münasibəti bəllidir. ABŞ nümayəndələrinin Azərbaycana səfərinə kölgə salmaq üçün Tehran görüşü ortaya atılıb. Guya ki, onların da alternativ layihələri var.
 

Amma reallıq bundan ibarətdir ki, İranla Ermənistan arasında mövcud nəqliyyat imkanları yük daşımalarının artmasına şərait yaratmır. Bura İranda ağır iqtisadi vəziyyəti, İranla Ermənistan arasında dəmiryolu xətlərinin mövcud olmamasını, İrana qarşı Qərbin sərt sanksiyalarını və müharibə risklərinı əlavə etmək olar.


Ona görə də 3 ölkə arasında aparılan istənilən müzakirələr perspektivsizdir, reallaşması mümkünsüzdür. Bütün təşəbbüslər sadəcə siyasi manipulyasiyadır.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri