Icma.az
close
up
RU
Antibiotiklər can alır: Hər 45 saniyədə bir insan ölür KONKRET

Antibiotiklər can alır: Hər 45 saniyədə bir insan ölür KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Ankara Universiteti Baytarlıq fakültəsi dekanı professor Ender Yarsan dünyada hər 45 saniyədə bir insanın antibiotiklərə davamlı infeksiyalar səbəbiylə öldüyünü bildirərək, tədbir görülməsə, 2050-ci ilə qədər bu rəqəmin hər 3 saniyəyə düşəcəyi ilə bağlı xəbərdarlıq edib. 

O vurğulayıb ki, 2004-cü ildə dərc olunan hesabata görə, dünyada antibiotik istifadəsinin miqdarı 80 min tondan artıb.

KONKRET.az lent.az-a istinadən bildirir ki, onun sözlərinə görə,  antibiotiklərdən rasional, şüurlu və təhlükəsiz istifadə son dərəcə vacibdir. Əks halda, antibiotiklərə qarşı müqavimət yarana və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Antibiotik müqavimətinin getdikcə artan problem olduğunu bildirən Yarsan deyib: “Antibiotiklərə qarşı müqavimət yarandıqda, mikroorqanizmlər dərmandan təsirlənmir və bu, ölüm nisbətlərini ciddi şəkildə artırır. 2016-cı ildə aparılan araşdırmaya görə, dünyada təxminən 700 min insan antibiotiklərin yaratdığı infeksiyalar səbəbiylə həyatını itirib. davamlı mikroorqanizmlər bu tendensiya davam edərsə, 2050-ci ildə bu rəqəm ildə 10 milyon nəfərə çatacaq”.

2024-cü ildə dərc olunan hesabata toxunan Yarsan 2019-cu ildə 1 milyon 200 min insanın antibiotiklərə davamlı infeksiyalar səbəbindən öldüyünü, 2021-ci ildə isə bu rəqəmin 4 milyon 700 minə yüksəldiyini bildirib.

“Hər 45 saniyədə bir insan antibiotikə davamlı infeksiyalar səbəbiylə ölür. Əgər tədbir görülməzsə, bu rəqəm 2050-ci ildə hər 3 saniyədə olacaq”, – professor vurğulayıb.

Antibiotik müqavimətinin qarşısını almağın ən mühüm yolunun dərmanların düzgün dozada və müddətdə istifadə edilməsi olduğunu deyən Yarsan, antibiotik müalicəsinin müddətini tamamlamanın vacibliyini qeyd edib.

“Antibiotiklərin son istifadə müddətindən əvvəl dayandırılması müqavimətin artmasına səbəb olacaq” deyən Yarsan, müalicə prosesinin mütləq həkim nəzarətində olması lazım olduğunu da əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri