Icma.az
close
up
RU
Antidepressant dərmanlardan istifadə asılılıq yaradırmı?

Antidepressant dərmanlardan istifadə asılılıq yaradırmı?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Depressiya, mütəxəssis bir həkim tərəfindən təyin olunan, yüzdə 90 faiz nisbətində müalicə edilə bilən bir xəstəlikdir.

Depressiyanın müalicəsində ilk addım mütləq şəkildə psixiatra müraciət etmək və onun təklifləri istiqamətində hərəkət etməkdir.

Depressiyanın  müalicəsində mütəmadi olaraq antidepressant dərmanlara müraciət edilir. Antidepressant dərmanlar, ümumi tibbdə və psixiatriyada ən çox istifadə edilən məşhur dərmanlar hesab edilir.

Antidepressantlar nədir?

Antidepressantlar yalnız depressiya vəziyyətində deyil, xüsusilə narahatlıq, təşviş pozuntularında, bəziləri yuxu pozuntularında və ya bir qismi stress tənzimləyicilər olaraq istifadə edilir. Şizofreniya və  bipolyar pozuntu kimi xəstəliklərdə də vəziyyətə bağlı olaraq dövri şəkildə istifadə edildiyi zamanlar olur. Antidepressant vasitəsilə tətbiq olunan müalicə, xəstə dərmandan fayda gördükdən etibarən ən az 6 ay ərzində davam etməlidir.

Qeyd etmək lazımdır ki, insanların psixiatrik dərmanlara qarşı düşüncələri fərqlidir. Həmçinin onların yan təsirləri haqqında da yanlış bilgilərə sahibdirlər. Bu məsələni aydınlaşdırmaq üçün antidepressantlarla bağlı bir çox nüanslara toxunmaq vacibdir:

- Antidepressant dərmanlar beyində süni bir xoşbəxtlik yaratmır. Tam əksinə pozulmuş olan tarazlığı yenidən təmin etməyi hədəfləyir.

- Antidepressant dərmanların təsiri düşünülənin əksinə, gec başlayır.

- Antidepressantların istifadəsində həkim razılığı  mütləq olduğu kimi eyni zamanda bu dərmanların kəsilmə müddəti də həkim nəzarəti altında olmalıdır.

- Antidepressant dərmanlar kef vermir, narkotik təsir yaratmır.

- Antidepressant dərmanlar asılılıq yaratmır.

Günümüzdə hər çətinliyi olana  antidepressant vermək, az qala təkrarlanan bir davranış halına gəlmişdir. Depressiyada olub-olmadıqlarını belə bilməyənlər, rahatlayacaqları ümidiylə müəyyən dövrlərdə antidepressantlardan istifadə edirlər. Xüsusilə şagirdlər, imtahan dövrlərində çətinlik və stressdən xilas olacaqlarına inanaraq antidepressant dərmanlara müraciət edirlər.  Bəzi antidepressantların əczaxanalarda reseptsiz olaraq satılması isə bu vəziyyətə imkan yaradır.

Bəs hansı hallarda biz dərman qəbul etməliyik?

Əlbəttdə ki, əhval ruhiyyəmizin aşağı olması və ya müxtəlif narahatlıqlarımızın olması mütləq şəkildə  dərman istifadəsinə  yönəlməyimizə  səbəb olmamalıdır. Əgər depressiv əlamətlər 2 həftədən çox davam edər və intihar barədə fikirlər yaranarsa, artıq bu zaman dərman istifadəsi vacibdir.

Antidepressantlar asılılıq yaradırmı?

Antidepressant dərmanlar illər boyunca istifadə edilsə belə fiziki asılılıq meydana gətirməzlər. Heroin, spirt, kokain kimi narkotik olaraq xarakterizə edilən maddələr kimi asılılıq yaratmırlar.

Psixiatrik dərmanların digər dərmanlardan heç bir fərqi yoxdur.  Somatik problemlər üçün istifadə edilən dərmanlarda yüngül əks təsirlər olduğu kimi bu dərmanlarda da müəyyən qədər ola bilir.

Əlavə və yan təsirlər adətən ilk həftədə görülür və qısa müddət ərzində aradan qalxır.

Antidepressantlara başlayarkən ən çox görülən yan təsir, ürək döyüntüləridir. Orqanizmə daxil olan antidepresanların təsiri ilə ürəyin sürətli döyünməsi normal qəbul edilməlidir. Bununla yanaşı:

- İstəksizlik

- Duyğuların təsirli olaraq yaşana bilməməsi

- Narahatlıq

- Halsızlıq

- İştahsızlıq

- Çəki itkiləri

- Baş ağrısı yan təsirlərdən əsaslardır.

Depressiya həblərini buraxdıqdan sonra görülən yan təsirlər:

Depressiya həblərinin bəzi yan təsirləri, müalicədən sonra görülməkdədir. Müalicə sonunda dərman buraxma cədvəli (kəsilmə cədvəli) hazırlanır və mərhələli olaraq dərmanın dozası azaldılır. Çünki depressiya müalicəsi əsnasında dərmanın meydana gətirdiyi təsirin aradan qalxmasına beynin alışması üçün dərmanın pilləli olaraq buraxılması lazımdır.

Bu yan təsirlər hər xəstədə görülmədiyi kimi, hər dərmandan da görülməyə bilər. Kəsilmə cədvəlini tətbiq edən insanlarda:

- Əsəbilik

- Gərginlik

- Duyğu pozuntuları

- Tərləmə

- Baş gicəllənməsi

- Mədə bulanması

- Qusma görülə bilər.

Əlavə və yan təsirlər adətən ilk həftədə görülür və qısa müddət ərzində aradan qalxır.

Antidepressant dərmanlar və asılılıq deyildiyində dərman kəsilərkən ortaya çıxan bəzi təsirlər ağla gələ bilər ki, bunlara çəkilmə əlamətləri deyilir. Ümumiyyətlə dərmanlara başlayarkən ortaya çıxan bir çox əhəmiyyətsiz yan təsirlər kəsilərkən də hiss edilə bilər, ancaq bu durum  heç bir şəkildə asılılıq mənasını ifadə etmir.

Qədəmli İsmayılova

Pcc.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri