Icma.az
close
up
RU
Antik məzarda 4 min illik əl izi tapıldı

Antik məzarda 4 min illik əl izi tapıldı

Icma.az, News24 portalına istinadən məlumat verir.

İngiltərənin Cambridge Universitetindən tədqiqatçılar, Antik Misirə aid bir məzarda 4 min illik nadir bir əl izi aşkarlayıblar. Kəşf, Fitzwilliam Muzeyində keçiriləcək "Antik Misirdə İstehsal Edildi" adlı sərginin hazırlıqları zamanı üzə çıxıb.

News24.az xəbər verir ki, əl izinin eramızdan əvvəl 2055–1650-ci illərə, yəni Orta Krallıq dövrünə aid olduğu müəyyən edilib. İz, gildən hazırlanmış və “ruh evi” adlandırılan bir məzar əşyasının səthində yer alır. Muzeyin baş misirşünası Helen Strudwick, bu qədər bütöv formada bir əl izinə çox nadir hallarda rast gəlindiyini bildirib:

"Vernik və ya dekorativ təbəqələr üzərində barmaq izləri ola bilər, amma bu qədər dəqiq və bütöv əl izi nadirdir. Görünür, gil hələ yaş ikən kimsə təsadüfən toxunub."

Antik Misirdə “ruh evləri”, ölən şəxsin ruhuna təqdim edilən simvolik yeməklərin yerləşdirildiyi kiçik məzar quruluşları idi. Onların ön hissəsində çörək, marul və mal başı kimi qidalar qoyularaq ruhun axirət dünyasında ehtiyaclarını ödəmək məqsədilə istifadə olunurdu.

Tapılan əşya əvvəlcə taxta çubuqlarla formalaşdırılıb, sonra gil ilə örtülüb. Fırınlama zamanı taxta hissələr yandığı üçün içi boş bir forma alıb. Əl izinin isə obyekt açıq havada qurudularkən və ya daşınma zamanı təsadüfən qoyulduğu güman edilir.

3 oktyabrda açılacaq sərgidə Tutankamon kimi fironlardan çox, bu əsərləri hazırlayan sənətkarların hekayələri ön planda olacaq. Strudwick, xüsusilə keramika ustalarının bu cür kəşflərlə daha çox tanınmasına imkan yaradıldığını vurğulayıb.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 İyul 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri