Icma.az
close
up
RU
Antimiqrant əhval ruhiyyəsi pik həddə: Britaniyalılar hökumətdən narazıdırlar

Antimiqrant əhval ruhiyyəsi pik həddə: Britaniyalılar hökumətdən narazıdırlar

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Britaniyalıların 70 faizindən çoxu hesab edir ki, Kir Starmerin rəhbərlik etdiyi hökumət qeyri-qanuni miqrantların hotellərdə yerləşdirilməsi ilə bağlı yaranmış böhranın həllində zəif iş görür. Bunu "YouGov"un avqustun 20-21-də keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Böyük Britaniyada miqrantlarla bağlı gərginlik yaşanır. Avropanı bürüyən antimiqrant hərəkat nəhayət bu ölkəyə də gəlib çatıb. Etirazlar artıb, ölkə miqrasiya məsələsində ikiyə bölünüb. Bir qisim miqrantlara qarşı sərt tədbirlərin görülməsini, digər qisim isə əksini istəyir. Gərginlik artıq iki ildir ki, hökm sürür. İş o yerə çatıb ki, hətta Ukrayna qaçqınlarına belə, evlərinə qayıtmaları tövsiyə edilib.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Hotel və yataqxanaların bağlanması tələbi

Sərt qaydalar ona gətirib çıxarıb ki, bir sıra şəhərlərdə antimiqrant nümayişləri və onlara qarşı təşkil olunan aksiyalar zamanı qarşıdurmalar baş verib. İrqi ayrı-seçkiliyə qarşı çıxan etirazçılar "Nifrət yox, qorxu yox, qaçqınlar buraya xoş gəlib" şüarları, onlara qarşı çıxan qrup isə bunun əksinə şüarlar səsləndiriblər. Miqrantların hotellərdə yerləşdirilməsinə qarşı keçirilən etiraz aksiyaları, eyni zamanda Liverpul, Nyukasl, Pert, Ekseter, Tamvort və digər şəhərlərdə də təşkil olunub. Demək olar ki, bütün bölgələrdə əks-etiraz aksiyaları da planlaşdırılıb. Rəsmi Londonun qeyri-qanuni miqrasiya təşkilatçılarına qarşı dünyada ilk dəfə sanksiya rejimi tətbiq etməsi də etirazlar sırasındadır. Son həftələrdə yüzlərlə ultrasağçı sığınacaq axtaranların yerləşdirildiyi hotel və yataqxanaların yanında toplaşaraq, onların bağlanmasını və miqrantların kütləvi deportasiyasını tələb edirlər. Bunlar keçən yay baş verən hadisələri təkrarlayır. O zaman psixi pozuntuları olan 17 yaşlı Britaniya vətəndaşı Aksel Rudakubana tərəfindən üç uşağın öldürülməsindən sonra Sautportda (İngiltərə) iğtişaşlar baş vermişdi.

Miqrantlar hesabına əhali artımı

Ötən il Britaniya əhalisinin tamamilə miqrasiya hesabına rekord səviyyədə - 700 000 nəfər artması da müzakirələrə səbəb olub. Leyboristlərdən olan daxili işlər naziri İvett Kuperi bunu "torilərin mirası" adlandırıb. "Mühafizəkarlar dövründə aşağı ixtisaslı miqrasiya sıçradı, britaniyalılar arasında məşğulluq isə çökdü", - deyə o bildirib.

Antimiqrant etirazları fonunda ABŞ Prezidenti Donald Tramp Britaniyaya səfəri zamanı xəbərdarlıq etmişdi: "Əgər özünüzə gəlməsəniz, Avropa artıq olmayacaq. Avropaya bu dəhşətli müdaxiləni dayandırın".

Mediaya sızan məlumata görə, baş nazirin müavini Ancela Reyner miqrantların pensiya və müavinətlərə çıxışını məhdudlaşdırmağı və onlar üçün Milli Səhiyyə Sistemindən istifadə haqqını artırmağı təklif edib. Baş nazir Starmerin mətbuat katibi bunu etirazlarla əlaqələndirib.

Leyboristlərin də mövqeyi dəyişir

Əvvəllər mühafizəkarları sərt miqrant qanunlarına görə tənqid edən Kir Starmer birdən-birə miqrantlara münasibətdə siyasəti sərtləşdirmə kursu aparmağa başlayıb. Müşahidəçilər hesab edir ki, Britaniyada antimiqrant əhval-ruhiyyəsinin artmasının üç əsas səbəb var. Bunlar Dumanlı Albiona gələn miqrantların sayında nəzarətsiz artım, ingilis elitasının miqrasiya siyasətini tənqid etməyə yönəlmiş və nəticədə mövzunun daha da təbliğində maraqlı olan siyasi oyunçuların olması, Britaniya hökumətinin təsirli həll yollarının olmamasıdır.

Dünya mediasının baxışı

Böyük Britaniyada miqrasiya əleyhdarları və tərəfdarları arasında toqquşmalar dünya mediasında əsas müzakirə mövzularından birinə çevrilib. Şərhçilər etirazların nəyə gətirib çıxara biləcəyini və bunun Avropa miqrasiya siyasətinə necə təsir edəcəyini anlamağa çalışırlar. "Arab News" yazır ki, etiraz dalğası İngiltərənin cənub-şərqində, Eppingdəki bir hoteldə, sakinlərdən birinə 14 yaşlı qıza qarşı cinsi zorakılıq ittihamı irəli sürüldükdən sonra başlayıb. Son rəsmi məlumatlara görə, Britaniya hotellərində müvəqqəti olaraq 32 345 sığınacaq axtaran yaşayır.

"The Wall Street Journal" isə vurğulayıb ki, Avropa miqrant axınını dayandırmaq yollarını axtarır. Starmerin Leyborist hökuməti sələfi olan mühafizəkarların Böyük Britaniyaya qeyri-qanuni gələn insanları Ruandaya deportasiya etmək planından imtina etdi. Lakin bu yay bəzi Britaniya şəhərlərində baş verən antimiqrant iğtişaşları hökuməti miqrant axınını nəzarət altında saxlaya bildiyini nümayiş etdirməyə məcbur etdi.

Stokholmdakı İsveç Avropa Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Bernd Paruselin sözlərinə görə, regiona yeni miqrantların axını zəif iqtisadi artım, xroniki mənzil çatışmazlığı və Rusiyanın Ukraynada müharibəsi fonunda Avropada təhlükəsizliklə bağlı narahatlıqları artırır. Miqrantların sayı artdıqca, miqrasiyanın iqtisadi təsiri barədə müzakirələr kəskinləşir. İqtisadçılar iddia edirlər ki, immiqrantlar əmək bazarındakı boşluqları doldura və iqtisadi artımı stimullaşdıra bilərlər.

Britaniyalılar hökumətdən narazıdırlar

Britaniyalıların 70 faizindən çoxu hesab edir ki, Kir Starmerin rəhbərlik etdiyi hökumət qeyri-qanuni miqrantların hotellərdə yerləşdirilməsi ilə bağlı yaranmış böhranın həllində zəif iş görür. Bunu "YouGov"un avqustun 20-21-də keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir. Sorğuda iştirak edən 2,15 min nəfərin 71 faizi hazırkı hakimiyyət orqanlarının bu sahədə mövcud vəziyyətin həlli istiqamətində zəif iş gördüyü qənaətində olduğunu bildirib. Respondentlərin 11 faizi əks fikirdədir və yalnız 9 faizi hesab edir ki, hakim Leyboristlər Partiyası qeyri-qanuni miqrasiya probleminin öhdəsindən ən yaxşı şəkildə gələ bilər. Britaniyalıların çoxu - 31 faizi hesab edir ki, sağçı populist "Reform UK" partiyası bu sahədə mövcud vəziyyəti effektiv şəkildə düzəltməyə qadirdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri