Icma.az
close
up
RU
Antiterror döyüşlərinin 2 ci ildönümü FOTOLAR

Antiterror döyüşlərinin 2 ci ildönümü FOTOLAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu gün Nizami Kino Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarının ikinci ildönümünə həsr olunan “Haqqın Zəfəri” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Respublikasının “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihənin həm şəhid ailələrinin birliyinin, həm də Türk dünyasının mənəvi həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, layihə barədə ətraflı danışıb.

Tədbirdə layihə çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət olan nümayəndə heyəti, Azərbaycandan olan şəhid ailələri, dövlət və ictimaiyyət nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş çıxışında səmimi dəvət və qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Azərbaycandan olan şəhid ailələri ilə birgə əməkdaşlığın önəmini vurğulayaraq gələcəkdə bu istiqamətdə birgə layihələrin davam etdiriləcəyini qeyd edib.

Daha sonra çıxış edən Vətən müharibəsi şəhidi Famil Həsənov və Antiterror əməliyyatları şəhidi Şamil Həsənovun anası Aybəniz Həsənova, Antiterror əməliyyatları şəhidi, polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova və Türkiyə Silahlı Qüvvələri şəhidi Eril Alperen Emirin anası Halide Serap Emir qəhrəman şəhidlərimizin fədakarlığının xalqımız üçün qürur mənbəyi olduğunu, onların əziz xatirəsinin heç vaxt unudulmayacağını və Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının bu qəhrəmanlıq nümunələri ilə daha da möhkəmləndiyini qeyd ediblər.

Tədbir Azərbaycan Respublikasının Xalq Artisti Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Nicat Kazımov və Qoçaq Əsgərov, həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bənövşə” Uşaq Xoru, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor və şəhid övladlarından ibarət “Qəhrəman övladları” xor qrupunun ifalarından ibarət bədii hissə ilə davam edib.

Qeyd edək ki, layihə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri