Icma.az
close
up
RU
Antiterror əməliyyatı regionda yeni geosiyasi reallıqlar yaratdı

Antiterror əməliyyatı regionda yeni geosiyasi reallıqlar yaratdı

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ölkə tarixinə yeni, şanlı bir səhifə kimi daxil oldu. Sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyat nəticəsində Azərbaycan 30 ilə yaxın müddətdən sonra öz beynəlxalq tanınmış ərazisində suverenliyini tam bərpa etdi. Cəmi bir gündən bir qədər az davam edən əməliyyat Azərbaycan ordusunun yüksək peşəkarlığını, texnoloji üstünlüyünü və qətiyyətini bir daha nümayiş etdirdi. Bu hadisə, həmçinin, Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinin son nöqtəsi oldu. Bu uğurlu əməliyyat nəticəsində Azərbaycan müstəqil xarici siyasətini davam etdirmək və bölgədə liderlik mövqeyini daha da möhkəmləndirmək üçün güclü bir əsas qazandı. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam şəkildə bərpa olundu, konstitusiya quruluşu və hakimiyyətin aliliyi təmin edildi.Bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alındı. Bu gün, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, amma şərəfli tarixin, 44 günlük müharibədə qazanılan zəfərin, 2023-cü ildə həyata keçirilən antiterror tədbirinin və nəticə etibarilə tam suverenliyə nail olmasının rəmzinə çevrildi. Unutmaq olmaz ki, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün təminatında xalq və ordu birliyi həlledici rol oynadı. Müstəqilliyimizin möhkəmlənməsi və Qarabağda qazanılan tarixi qələbələr məhz bu birliyin nəticəsi oldu. Dövlət Suverenliyi Günü həm də bu qəhrəmanlıq irsinin əbədiləşdirilməsi, xalqın fədakar övladlarının xatirəsinin əziz tutulması deməkdir. Həmin gün şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq salnaməsinin bir daha yad olunması ordumuzun gücünün və xalqımızın iradəsinin dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması isə bu nailiyyətlərin hüquqi və siyasi təməlini bir daha vurğulayır. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən edir, suverenlik isə bu əsasların həyata keçirilməsini təmin edir. Artıq Azərbaycan dövləti tam suverenliyə malikdir, ərazi bütövlüyü təmin edilmiş və daxili sabitlik möhkəmlənmişdir. Bu faktorlar yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillər üçün dövlətçilik nümunəsi, milli birlik və həmrəyliyin növbəti təzahürüdür.Ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən dövlətimizin başçısı bildirdi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”. Beləliklə, Əməliyyat BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəalarının yerinə yetirilməsi olmaqla ölkəmizin regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış etməyə qadir olduğunu göstərdi. Bu, beynəlxalq hüquq normalarının pozulmasının qəbuledilməz olduğunu bir daha sübut etdi, Azərbaycan Ordusunun yüksək peşəkarlığını, müasir hərbi texnologiyalardan istifadə qabiliyyətini və döyüş ruhunu nümayiş etdirdi.

Anar Məmmədov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see635

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see270

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see244

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see218

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see204

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see196

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see191

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see181

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see177

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see175

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see155

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see148

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see142

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see140

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri