Icma.az
close
up
RU
Antiterror əməliyyatları zamanı şəhid olmuş kiçik leytenant Tural Cahangirovun əziz xatirəsi ehtiramla anıldı

Antiterror əməliyyatları zamanı şəhid olmuş kiçik leytenant Tural Cahangirovun əziz xatirəsi ehtiramla anıldı

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

20 sentyabr 2025-ci il tarixində Pirallahı rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən antiterror tədbirləri zamanı şəhid olan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", İgidliyə görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni" ilə təltif olunmuş kiçik leytenant Tural Qələmhüseyn oğlu Cahangirovun anım mərasimi keçirildi. Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Günay Əfəndiyeva, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, müharibə iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. SİA xəbər verir ki, mərasim şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Daha sonra şəhidin əziz xatirəsinə ehsan süfrəsi təşkilolunub.

Anım mərasimində çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Tural Cahangirovun ailəsinə dərin hüznlə başsağlığı verərək qeyd etmişdir ki, şəhidimizin xatirəsini hər zaman xalqımızın yaddaşında yaşayacaq və qürurla anılacaq. O, çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirlərində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi. Suverenliyimizinbərpası ilə üçrəngli bayrağımız bütün ölkə ərazisində qürurla dalğalanır.

Sonra şəhid Tural Cahangirovun ailəsi ziyarət edildi. RİH əməkdaşları ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb, onların daim diqqət mərkəzində saxlanılacağınıifadə edib.

Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarınıbildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Sentyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri