Icma.az
close
up
RU
Antiterror tədbirləri çox uğurla, peşəkarlıqla keçirildi

Antiterror tədbirləri çox uğurla, peşəkarlıqla keçirildi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, 2 il əvvəl Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına start verməsi gözlənilən idi. Yeri gəlmişkən, əməliyyatlara qədər Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən mövqelərimiz müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimizin minalanması davam edirdi. Döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyi daha da artırırdı.Döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Bir sözlə, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti davam edirdi.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız daşıyan nəqliyyat vasitələrinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bir sözlə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Halbuki 44 günlük müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan xəbərdar etmiş, 10 noyabr üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyi xatırlatmışdı. Sülhməramlıların bölgəyə gəlişi ilə qanunsuz silahlı birləşmələr paralel çıxmalı idi. Amma nəinki qanunsuz silahlılar Azərbaycan ərazisindən çıxmadı, əksinə gərginliyin artmasına səbəb olan təxribatlar daha da intensivləşdi.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti dəfələrlə Qarabağın yerli erməni icması ilə dialoq təklifi etsə də, qarşı tərəf bu təklifdən qaçdı. Halbuki, Bakıdan gələn bütün təkliflər sülhü və təhlükəsizliyi təmin etməyə imkan verirdi. Ermənistanın sülhdən yayınaraq pozucu qüvvələrin təsiri altında destruktiv mövqeyindən əl çəkməməsi antiterror əməliyyatlarını qaçılmaz etdi.Azərbaycan antiterror əməliyyatı zamanı da humanist yanaşma sərgilədi – mülki infrasrtuktur əsla hədəfə alınmadı. Hətta Azərbaycan tərəfi erməni əsilli əhaliyə təhlükəsizliklə bağlı müraciət də etdi. Yəni, bizim məqsədimiz yalnız və yalnız separatçıları zərərsizləşdirməkdən ibarət idi. Prezident Administrasiyasının bəyanatında dialoq təklifi ilə yanaşı şərtlər də yer almışdı– ağ bayraq qaldırıb silahı təhvil vermək. Biz 44 günlük müharibədə olduğu kimi, antiterror tədbirləri zamanı da sona qədər ədalətli mübarizə apardıq.

Onu da qeyd edək ki, antiterror tədbirləri çox uğurla, peşəkarlıqla keçirildi. 23 saatdan da az müddətdə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ordumuz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdı. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi.

Ən əsası, Xankəndinin mərkəzində Azərbaycan Gerbi, Azərbaycan Bayrağı ucaldıldı. Sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etdik.

Arif Cəfərzadə,

YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri