Anton Kosaç: Çətinliklərə baxmayaraq, yaşıl enerjiyə keçid davam edir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Bu il enerji sektoru üçün mühüm əhəmiyyət kəsb edir. Bakı Enerji Forumu dünyanın yaşıl enerji keçidi istiqamətində atdığı addımları nümayiş etdirir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında "Boston Consulting Group"un (BCG) İcraçı Direktoru Anton Kosaç deyib.
O bildirib ki, çətinliklərə baxmayaraq, yaşıl enerjiyə keçid davam edir:
"Tədbirin bu mövzuya həsr olunması böyük əhəmiyyət daşıyır. Əvvəllər gündəmdə belə olmayıb".
"Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü cəsarətli məqsədlərin həyata keçirilməsi prioritet məsələdir. Bu istiqamətdə artıq biznes sahəsində irəliləyişlər müşahidə olunur. Ölkələrdə fəaliyyət göstərən özəl şirkətlər infrastruktur və bərpa olunan enerji layihələrinə investisiya yatırır, biometan kimi qabaqcıl yaşıl texnologiyaların tətbiqinə başlayırlar", - deyə A.Kosaç qeyd edib.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 04 İyun 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















