Antonio Konte Mançester Yunayted in yeni baş məşqçisi olacaq
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
İngiltərə nəhəngi "Manchester United"də baş məşqçi postunda dəyişiklik edə bilər.
Milli.Az xəbər verir ki, ötən gün "Atletiko Madrid"ə qarşı keçirilən matçdakı məğlubiyyətdən sonra komandanın sükanı arxasındakı Maykl Kerrik ilə yolların ayrıla biləcəyi və İtaliyanın tanınmış mütəxəssisi Antonio Kontenin əsas namizəd olduğu irəli sürülür.
Çempionlar Liqasında "Atletiko Madrid"ə qarşı alınan məğlubiyyətdən sonra klub rəhbərliyinin komandadaki gedişatdan narazı olduğu və Maykl Kerriklə bağlı tezliklə qərar verəcəyi gözlənilir.
Təcrübəli mütəxəssis Antonio Konte karyerasını yenidən İngiltərə Premer Liqasında davam etdirməyə və "Qırmızı şeytanlar"ı çalışdırmağa açıqdır.
"Mançester Yunayted" rəhbərliyi komandanı böhrandan çıxarmaq və daxili çempionatda iddialı mövqeyə qaytarmaq üçün Konte təcrübəsinə güvənmək niyyətindədir. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Oktyabr 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















