Antonio Konte: Qvardiolanı gətirməyə pulları varmı?
Icma.az bildirir, sport24.az portalına istinadən.
Təcrübəli italiyalı mütəxəssis Antonio Konte adının İtaliya milli komandası ilə hallanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis İtaliya Futbol Federasiyası ilə arasında hər hansı bir razılığın olmadığını açıqlayıb:
"Hazırda mənimlə federasiya arasında heç nə yoxdur. Gələcəkdə nə olacağını isə zaman göstərəcək, görəcəyik".
Konte federasiyanın iddialı və böyük bir baş məşqçi gətirməyə hazır olub-olmaması ilə bağlı suala da toxunub. O, qurumun hazırkı vəziyyətini xatırladaraq maraqlı bir namizəd irəli sürüb:
"Hələ federasiyanın prezidenti belə müəyyənləşməyib. Amma mətbuatda Pep Qvardiolanın adı hallanır. Əgər məndən soruşsalar, mən də mütləq Pepi məsləhət görərəm. Ancaq belə bir addımı reallaşdırmaq üçün onların kifayət qədər maliyyəsi varmı? Əsas məsələ budur".
Təcrübəli baş məşqçi gələcək planları barədə danışarkən, hazırda heç bir klub və ya federasiya ilə rəsmi anlaşmasının olmadığını bir daha qətiyyətlə vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 May 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















