Icma.az
close
up
RU
Antonio Quterreş: Nifrət ritorikası cəmiyyətin quyusuna atılan zəhərdir

Antonio Quterreş: Nifrət ritorikası cəmiyyətin quyusuna atılan zəhərdir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 iyun, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş iyunun 18-də qeyd edilən Nifrət Nitqinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə dünya ictimaiyyətə müraciətində bildirib ki, nifrət ritorikası bəşəriyyətə yeni bəlaların xəbərdarlıq əlaməti və zorakılığın başlıca amilidir.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Baş katib vurğulayıb: “Bu ritorika ilə bağlı həyəcan təbili çalınır: ksenofobiya nə qədər güclü olarsa, soyqırımı təhlükəsi bir o qədər çox olar”.

BMT ksenofobiya, ayrı-seçkilik, irqçilik və bərabərsizliklə mübarizə üzrə əsas missiyasının bir hissəsi olaraq, nifrət ritorikasının yarandığı hər yerdə bu mənfi tendensiyaya etiraz etmək səylərini gücləndirir. A.Quterreş əlavə edib: “Nifrət ritorikası cəmiyyətin quyusuna atılan zəhərdir. O, bəşər tarixinin ən qaranlıq fəsillərində zorakılıq və vəhşiliklərə yol açıb”.

Nifrət nitqi tez-tez zorakılığı və dözümsüzlüyü artırır, onun ən çox hədəfləri arasında etnik və dini azlıqlar yer alır. Qədim zamanlardan mövcud olan ksenofobiyanın dağıdıcı gücü bu gün müasir kommunikasiya texnologiyaları ilə daha da güclənir. Onlayn nifrət ritorikası bütün dünyada sülh və təhlükəsizliyə artan təhdid yaradan, bölücü hekayələrin yayılmasının ən geniş yayılmış vasitələrindən birinə çevrilib.

Nifrət Nitqinə Qarşı Beynəlxalq Mübarizə Gününün builki mövzusu nifrət ritorikası və süni intellekt arasındakı əlaqəyə işıq salır. BMT qeyd edir ki, koalisiyaların yaradılması cəmiyyətlərin nifrətdən azad, əhatəli və təhlükəsiz məkanları bərpa etmək üçün istifadə edə biləcəyi əsas vasitədir.

Süni intellekt alətləri münaqişə və etibarsızlıq vəziyyətlərində müsbət fərqlər yaratmaq üçün saysız-hesabsız potensial imkanlar təqdim etsə də, qərəzli alqoritmlər və rəqəmsal platformalar da zəhərli məzmun yayır və təcavüz və sui-istifadə üçün yeni məkanlar yaradır. Bu böyük potensialı və riskləri dərk edərək, BMT-yə üzv dövlətlər onlayn nifrət nitqinə qarşı durmağı öhdələrinə götürüb.

“Gəlin süni intellektdən nifrət aləti kimi deyil, yaxşılıq üçün bir qüvvə kimi istifadə etməyi öhdəmizə götürək”, - deyə A.Quterreş vurğulayıb.

Nifrət Nitqinə Qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində BMT “NoToHate” kampaniyasının bir hissəsi olan nifrət nitqinə qarşı yönəlmiş videoçarxlar hazırlayıb. Bu çarxların birində “Essex” İnsan Haqları Mərkəzinin direktor müavini Əhməd Şahid islamofobiya ilə mübarizə haqqında danışıb. O qeyd edib ki, bəzi ölkələrdə müsəlmanlara qarşı nifrət ritorikasının artması narahatlıq hissi doğurur və bütün dinlərə mənsub olan insanlar bu cür hallarla mübarizədə səyləri birləşdirməlidirlər. “Bu gün dünyada getdikcə artan müharibə və silahlı münaqişələr fonunda dini zəmində ayrı-seçkilik və ksenofobiya ilə mübarizə həmişəkindən daha aktualdır”, -deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri