Anxelinyo Dibala və Qalatasaray iddiasını təkzib etdi
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi ''Qalatasaray'' ''Roma''nın ulduzu Paulo Dibalaya ciddi maraq göstərir. Argentinalı futbolçunun meneceri danışıqlar üçün hətta İstanbula gəlmişdi.
Türkiyə mətbuatının yazdığına inansaq, Okan Buruk da Dibalanın transferinə razılıq verib. Bu arada bu məsələ ilə bağlı diqqətçəkən bir iddia ortaya atılmışdı. İtaliya mətbuatının xəbərinə görə guya ''Roma''nın digər üzvü Anxelinyo Dibalanın evinə gedərək onunla söhbət etmiş və ''Qalatasaray''a getməməyi məsləhət görmüşdü.
27 yaşlı ispaniyalı müdafiəçi bilindiyi kimi ötən mövsümə ''Qalatasaray''da başlamışdı. Amma onun performansı və keyfiyyətləri Okan Buruku qane etmədiyindən bu futbolçu qış fasiləsində İtaliyanın paytaxtına yollanmışdı. Yəni Anxelinyo İstanbul nəhəngindən heç də xoş şəkildə ayrılmamışdı. Ona görə də onun ''Cim-Bom''u pisləməyə çalışması variantı real görünürdü. Amma Anxelinyo bu şayiələrin hamısını təkzib edib. O bunları deyib:
''Yalan xəbərlərə etibar etməyin. Mən şərəfini qoruduğum klub haqda heç vaxt pis danışmaram''.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 19 Dekabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















