AÖSlə aparılan əməliyyatların sayı və dəyəri kəskin artıb
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə ümumi dəyəri 84,9 milyon manat olan 72 min ədəd əməliyyat aparılıb.
Bu barədə Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə, dəyər ifadəsində 13,6 milyon manat (19,1%), həcm ifadəsində isə 22,3 min ədəd (44,9%) çoxdur.
Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sə
rəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılıb.
AÖS-ün yaradılmasında əsas məqsəd Azərbaycanda bank və digər bank olmayan ödəniş xidməti təchizatçılarının müştəriləri olan fiziki və hüquqi şəxslər arasında, həmçinin, bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində aparıla bilməsinin təmin edilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 02 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















