Icma.az
close
up
RU
AP dan İsrailə sanksiya çağırışı

AP dan İsrailə sanksiya çağırışı

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı Qəzzada hərbi əməliyyatlarla əlaqədar İsrailə sanksiyalar tətbiq edə bilər. Belə ki, Avropa Parlamentinin 40 nəfərdən ibarət deputatlar qrupu Aİ-ni İsrail hökumətinə qarşı sanksiyalar tətbiq etməyə və bu ölkə ilə Assosiasiya Sazişini dayandırmağa çağırıb. “Euronews” telekanalının məlumatına görə, Aİ-nin 14 ölkəsindən olan qanunvericilər Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökumətini Cenevrə Konvensiyasını və beynəlxalq humanitar hüququ kobud şəkildə pozan hərəkətlərə görə məsuliyyətə cəlb etməkdə israrlıdırlar. Avropalı parlamentarilərin bəyanatında Aİ-nin İsrail hökumətinə qarşı sanksiyalar tətbiq etməsi, həmçinin İsrailə Avropa bazarında imtiyazlar əldə etməsinə imkan verən, o cümlədən bir sıra maliyyələşdirmə proqramlarına çıxış təmin edən ticarət sazişinin dayandırılması ilə bağlı çağırış yer alır - onlar Qəzza zolağında baş verənlərə cavab olaraq sürətli və qəti addımların atılmasının vacibliyini vurğulayıblar.

İsrail Aİ-nin “Horizon Europe” proqramından çıxarıla bilər

Avropa Komissiyası Avropa İttifaqı ilə İsrail arasında 1995-ci ildə imzalanan assosiasiya sazişinin 2-ci maddəsinin yenidən nəzərdən keçirilməsi?? təklif edib - bu təklifə görə, İsrailin “Horizon Europe” proqramında iştirakı qismən dayandırıla bilər. “Report” Agentliyinin Avropa bürosunun məlumatında qeyd olunur ki, Aİ-nin rəsmi nümayəndəsi Toma Renye bildirib ki, İsrailin proqram çərçivəsində 200 milyon avroya çıxışı məhdudlaşdırıla bilər. T.Renyenin sözlərinə görə, qərar təsdiqlənəcəyi halda İsrail?? təsis edilmiş təşkilatların Avropa İnnovasiya Şurasının (EIC) Akseleratorunda, yəni ikili istifadə potensialı olan müasir innovasiyalara və yeni texnologiyalara malik startaplarda iştirakı əngəllənəcək. Lakin bu, İsrail universitetləri və tədqiqatçılarının “Horizon Europe” çərçivəsində birgə layihələrdə və tədqiqat fəaliyyətində iştirakına şamil edilməyəcək. Avropa Komissiyasından bildirilib ki, İsrail Qəzzada döyüş əməliyyatlarında gündəlik humanitar fasilə elan etsə və humanitar yardımla bağlı öhdəliklərinin bir qismini yerinə yetirsə də, vəziyyət ağır olaraq qalır. 

Aİ iki dövlətli prinsipini müdafiə edir

Qeyd edək ki, iyulun 28-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın özünün, eləcə də Fransa və Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə keçirilən Fələstinlə bağlı konfransda çıxış edən Aİ komissarı Dubravka Şuitsa bəyan edib ki, Avropa İttifaqı beynəlxalq hüquqa uyğun olaraq iki dövlətin yaradılması prinsipi əsasında Yaxın Şərqdə sülhün bərqərar olunmasında maraqlıdır. D.Şuitsa israillilərin və fələstinlilərin bir regionda birgə yaşayışının zərurliyini vurğulayıb: “Biz İsrail və Fələstinin tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yan-yana yaşadığını görmək istəyirik,” - deyə Aİ-nin komissarı bildirib. Qəzzadakı mövcud vəziyyətə toxunan D. Şuitsa qeyd edib ki, İsrail blokadanı aradan qaldırmalı, humanitar yardım daşıyan daha çox maşının keçməsinə icazə verməli, onların Qəzzaya keçməsi üçün daha çox keçid məntəqələri açmalı, eləcə də yerlərdə ərzaq və yanacağın təhlükəsiz və maneəsiz paylanması üçün münasib şərait  yaratmalıdır. O, həmçinin bildirib ki, Aİ Fələstin ?dministrasiyasının mövcudluğunu dəstəkləyir: “Biz bütün Fələstin ərazisində bir il ərzində prezident və ümumi seçkilərin keçirilməsi, bu məqsədlə partiyalar haqqında gözlənilən qanunun qəbul edilməsi barədə elanı alqışlayırıq”, - deyə Şuitsa əlavə edib ki, Aİ Fələstin Administrasiyasının dəstəklənməsinə növbəti üç il ərzində 1,6 milyard avro ayıracaq.

İsrailə qarşı sanksiyalar tətbiq olunacaq?

Avropalı ekspertlər hesab edirlər ki, böyük ehtimalla, Avropa İttifaqı İsrailə qarşı sanksiyalar tətbiq edəcək. Onlar belə qənaətdədirlər ki, nəzərdən keçirilən ssenarilər arasında Aİ-İsrail Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması, habelə israilli rəsmilərə və digər şəxslərə qarşı fərdi sanksiyaların tətbiqi yer alır. Bununla yanaşı, ticarət məhdudiyyətləri, silah embarqosu və elmi-texniki əməkdaşlığın dayandırılması ehtimalı da müzakirə olunur. Amma ekspertlər İsrailə sərt sanksiyaların tətbiqini istisna edirlər - onlar bunu bir neçə amillə əlaqələndirirlər. Birincisi, Aİ-nin yüksək səviyyəli rəsmiləri, habelə bəzi üzv dövlətlərin rəhbərləri Qəzzada hərbi əməliyyatların davam etdirilməsi ilə əlaqədar İsrail hakimiyyətinə qarşı sərt bəyanatlar səsləndirsələr də, Təl-Əviv ilə bütün körpüləri yandırmaq niyyətində deyillər. Aİ və üzv dövlətlər İsraili özlərinin siyasi və iqtisadi tərəfdaşı hesab edirlər - hər zaman İsrailin mövcudluğuna və təhlükəsizliyinə dəstəyini ifadə ediblər. Eyni zamanda, İsrail Avropa ölkələrinin texnoloji məhsullarına maraq göstərən ölkədir. İkincisi, Tramp administrasiyası Aİ-yə İsrailə sərt sanksiyalar tətbiq etməsinə imkan verməz - belə bir hal  baş verərsə, Vaşinqton Brüsselə qarşı adevkat cavab tədbirləri görəcək. Aİ bütün bunları çox yaxşı bilir və nəzərə alır. Daha bir məqamı da qeyd etmək lazımdır ki, Aİ İsrailə nəzərdə tutulan sanksiyaları tətbiq etsə belə, bu sanksiyaların nə dərəcədə effektli olub-olmayacağı sual altındadır.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see360

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see324

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see266

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see254

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see247

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see238

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see233

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see229

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see228

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see228

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see226

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see223

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see220

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see219

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see203

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see202

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see184

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri