APA TV yeni layihəyə başlayıb VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
APA TV-də bu gündən dini və irfani mövzuların müzakirəsinə həsr olunmuş “İman” adlı proqram yayıma başlayıb.
Proqramın əsas məqsədi dini biliklərin elmi əsaslara və milli-mənəvi dəyərlərə uyğun şəkildə düzgün və sistemli izahını təmin etmək, müasir dövrdə yaranan dini və mənəvi suallara əsaslandırılmış, obyektiv və maarifləndirici cavablar təqdim etməkdir.
Proqramın aparıcısı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov, ilk qonağı isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Müşfiq Şükürovdur.
Proqram hər həftənin cümə axşamı saat 19:30-da kabel televiziyalarında efirə gedəcək. Həmçinin, APA TV-nin "Youtube" platformasında yayımlanacaq.
Baxış sayı:143
Bu xəbər 19 Fevral 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















