Icma.az
close
up
RU
“Aparıcılar məşhurlardan reytinq üçün istifadə edirlər”

“Aparıcılar məşhurlardan reytinq üçün istifadə edirlər”

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Aparıcılar məşhurlardan reytinq üçün istifadə edirlər”

“Verlişlərə getməməyimin səbəbləri var.  Bütün kanallardan dəvət alıram (problem bu deyil). Hətta bayram konsertlərinə də qatılmadım (dəvət aldım)”.

OLAY yazır ki, bu sözləri sosial media hesablarında müğənni Nura Suri yazıb. O, efirlərə çıxmamağının səbəbini açıqlayıb:

“Birinci məni qane etməyən məsələ verliişlərdə danışılan mövzulardır. İllərdir efirdə eyni mövzuları müzakirə etməkdən bezmişəm və utanıram. Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram.  Aparıcılar 3-4 qonaq dəvət edib verilişin yarısını reklamlara həsr edirlər. Qonaqlar sanki boşluğu dolduran maket kimidir. Aparıcılar sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün məşhurlardan istifadə edirlər və çox vaxt onları məsxərə obyektinə çevirirlər (bütün aparıcılara şamil olunmur). Mən hər hansı bir verilişə çıxıb özümü olduğum kimi tanıtmaq imkanı görmürəmsə, hətta olmadığım kimi tanıdılıb sonra sosial şəbəkələrdə (kəsib-doğrayıb dediklərimi kontekstdən çıxararaq) təhqir olunmaq üçün istifadə edilirəmsə, mənə belə məşhurluq, efir lazım deyil.

Mən öz sosial şəbəkə hesablarımda məni izləyən, dostluğumda olan insanlar üçün yazıb fikirlərimi və gördüyüm işləri paylaşıram. Bu məni qane edir. Hamı tərəfindən sevilmək və qəbul olunmaq kimi arzum-istəyim, kompleksim yoxdur.  Uşaqlıqdan hamı kimi olmaq istəməmişəm və olmamışam da. Sevilmək və qəbul olunmaq üçün çaba sərf etməmişəm (çabalamamışam).

Məktəbdə oxuduğum ərəfələrdə bəzi dərslər mənə maraqlı olmadığı üçün dərsə girmirdim (həndəsə, coğrafiya). Məktəbdə olduğumu bilən müəllimlər məni axtarıb məktəbin kitabxanasında tapırdılar. Dünya ədəbiyyatını o qədər sevirdim ki, bütün kitabları (anlamasam belə) sevə-sevə oxuyurdum. Məni cəzalandıra da bilmirdilər məktəbdə. Çünki dərsdən kitabxanaya qaçırdım (bunun cəzası yox idi).  Başqa insanların (yazıçıları nəzərdə tuturam) gözüylə dünyaya baxıb hiss və dərk etmək maraqlı idi. Uşaqlıqdan bu dünyanı təkbaşına anlamağın çətin olduğunu bilirdim. Kitabları bu səbəbdən sevirdim. İndi də sevirəm.  Məni olduğum kimi təqdim edə biləcək, fikirlərimi kəsib doğramadan olduğu kimi, fərqli mövzuları müzakirə etmək üçün (əlavə qonaq olmadan) verilişə dəvət etmək istəsəniz, gələrəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://olay.az
archiveBu xəbər 11 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri