Icma.az
close
up
RU
“Aparılan islahatlar seçki sistemini daha dayanıqlı səviyyəyə çatdırdı”

“Aparılan islahatlar seçki sistemini daha dayanıqlı səviyyəyə çatdırdı”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Mərkəzi Seçki Komissiyasının təzədən formalaşması yeni dövrdə mühüm hüquqi-siyasi hadisədir. 90-cı illərdə torpaqlarımızın işğala məruz qaldığı və hakimiyyət institutlarının böhran vəziyyətinə düşdüyü ağır zamanlarda seçki institutlarının fəaliyyətinin təşkili milli dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilmişdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbulu ilə Ulu Öndər Heydər Əliyev xaosdan hüquqi dövlətə keçidi tətmin etdi, Qarabağ dalğasında siyasi meydanlara çıxan və torpaqlarımızın itirilməsində müəyyən məsuliyyət daşıyan qüvvələri sivil mübarizəyə gətirməyə nail oldu. Nəticədə, silahlı hakimiyyət çevrilişi cəhdləri iflasa uğradı, xalqımızın azad və ədalətli şəkildə iradəsini ifadə edən güclü seçki institutlarının yaradılması cümhuriyyət və sovetlərdən sonra milli dövtlətçiliyimizin kənardan diqtə altında formalaşmasının qarşısı alındı. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə tüğyan edən qanunsuz hərbi birləşmələr, kriminal silahlı qruplar və xarici kəşfiyyat orqanlarına xidmət edən siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi dövlət institutlarını iflic etmişdi”.

Bu sözləri Mili Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxşı zamanı deyib.

Z.Oruc qeyd edib ki, məhz belə qanunsuzluq şəraitində legitim dövlət-hakimiyyəti orqanlarını qurmaq üçün MSK-nın düzgün təməllər üzərində formalaşması siyasi sabitliyin təmin olunması və dağıdıcı qüvvələrin qarşısının alınmasında mühüm rol oynadı: “Xüsusilə, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə demokratiya adı irəli sürülən, lakin xarici dövlətlərin üsul-idarəsinin idxalına, siyasi maraqlarına uyğun qüvvələri hakimiyyətə gətirməyə xidmət edən kənar müdaxilələrə son qoyuldu. Yaxşı xatırlayırıq, 1998-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyev seçkilərdə bütün siyasi qüvvələrə bərabər imkanlar yaratmaq, seçki institutlarının yalnız hüquqi deyil, həm də siyasi baxımdan etimad qazanması üçün əsas müxalif partiya rəhbərlərinə birbaşa və açıq müraciət etdi. Belə qətiyyətli addım cəmi 5 il əvvəl hakimiyyət böhranı nəticəsində iqtidarı tərk edən qüvvələri sivil və bərabərhüquqlu mübarizəyə çağırmaq yalnız xalqın güclü dəstəyinə arxalanan liderə məxsus ola bilərdi”.

Komitə sədri bildirib ki, Ulu Öndərin ali məqsədi millətimizin iradəsinin azad, ədalətli və şəffaf şəkildə nümayişini təmin edən mexanizmi bütün tərəflərin qəbul etməsi idi: “Lakin 2000-ci illərin əvvəllərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, xüsusilə, emissar Jerar Ştudmanın seçki komissiyası üzvlərinin üçdə ikisinin səsinin bir siyasi qüvvədən asılı olmamasını nəzərdə tutan, zahirən paritet, lakin mahiyyətcə seçki sistemini və beləliklə, dövlət-hakimiyyət orqanlarının formlaşmasını mümkünsüz edən məkrli plan irəli sürüldü. Belə bir strukturda qərar qəbul etmək və konsensus tapmaq qeyri-mümkün idi. Azərbaycan öz seçki institutunu xarici siyasi mərkəzlərin gizli planlarından, inqilabi ssenarilərindən qorumaq üçün daha güclü və işlək model tapmağı bacardı. 2003-cü ildən sonra qəbul edilən qərarlar və hüquqi tədbirlər, aparılan islahatlar seçki sistemini daha dayanıqlı, idarəolunan və milli maraqları qətiyyətlə müdafiə edən bir səviyyəyə çatdırdı. Əvəzində ATƏT-in Demokratiya institutunun, faktiki Minsk Qrupunun və Venesiya Komissiyasının göstərdiyi yolla gedən Ukrayna və Gürcüstan kimi ölkələr nəinki ağır dövlətçilik böhranları ilə üzə-üzə qaldılar, üstəlik, daha böyük müharibələrə və qlobal toqquşmalara meydan oldular”.

Onun sözlərinə görə, Azərbaycan milli mənafelərinə uyğun yol seçərək təhlükəli modellərin tətbiqindən imtina etdi və institusional böhranların qarşısını aldı: “Brüsseldən və Strasburqdan hakimiyyət formalaşdırmaq əslində torpaqlarımızın işğal altında saxlamaq demək idi. Zaman göstərdi ki, Vətən müharibəsində Qələbəmizə aparan güclü lider İlham Əliyevin xalqın iradəsi ilə prezident seçkilərindəki qələbələri ən düzgün, ədalətli yol oldu və seçkilərdəki qalibiyyət millətimizə Qarabağ Zəfərini bəxş etdi. Ölkəmizə Strasburq demokratiyasını təklif edənlər və millətimizin səsini tanımayanlar faktiki torpaqlarımızın işğalçıları ilə birlikdə məğlub oldular. Əlbəttə, seçkilər genişmiqyaslı və rəqabətli bir prosesdir. Ümumxalq kampaniyalarında milyonlarla seçici, minlərlə namizəd və onlarla partiya iştirak edir. Yekunda siyasi məğlub tərəfin əks rəyləri və etirazları başadüşüləndir, lakin hüquqi və qanuni yoldan çıxmağa əsla əsas vermir. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Azərbaycanın bütün coğrafiyasında hakimiyyət institutlarının formalaşması və azad torpaqlarda seçkilərin keçirilməsi seçki institutlarımızın da qələbəsidir. Prezident İlham Əliyevin suverenliyimizin paytaxtı Xankəndində 2024-cü ilin fevralın 6-da səs verməklə uzun illər ərazimizdə ikinci separatçı rejim, iki parlament və digər paralel hakimiyyət institutlarına son qoyulduğunu dünyaya nümayiş etdirdi. Yekunda, beynəlxalq təhlükəsizlik sisteminin çökdüyü bir şəraitdə, Azərbaycan dövləti seçki institutlarına və millətimizin mənafelərinə xidmət edən komissiya üzvlərinə yenidən etimad göstməklə siyasi prinsiplərində ardıcıl olduğunu sübut edir. Ona görə də Milli Məclisin müstəqil deputatları irəli sürülən namizədlərə müsbət səs verəcək”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Aprel 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri