APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pekin artıq əlverişli şəraitdə Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində baş tuta biləcək Rusiya, ABŞ və Çin arasında mümkün görüşün hazırlığı ilə məşğuldur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
"Çinli dostlarımız, APEC sammitinin ev sahibləri bununla məşğul olacaqlar, daha doğrusu, artıq onun hazırlığı ilə məşğuldurlar və əlverişli şərait yarandıqda bizim çinli dostlarımız, əlbəttə ki, bu görüşü Şençjendəki tədbirlər proqramına daxil edəcəklər", - Uşakov deyib.
Onun sözlərinə görə, üçtərəfli sammitin keçirilməsi imkanı Rusiya Prezidenti Vladimir Putinin və ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoffun görüşü zamanı müzakirə olunub. Bununla yanaşı, Rusiya Prezidentinin köməkçisinin qeyd etdiyi kimi, üç paytaxtdan heç biri bu ideyanı rədd etmir.
Üçtərəfli danışıqların mümkün gündəliyindən danışan Uşakov əlavə edib ki, Rusiya tərəfi bir sıra praktiki mülahizələr irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Oktyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















