Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yığıncaqda “Səbail” klubunun şikayətinə baxılaraq, müvafiq qərarlar qəbul edilib.
“Səbail”in futbolçusu Süleyman Alluşla bağlı şikayəti təmin olunmayıb. Misli Premyer Liqasının XXVI turunun “Zirə” ilə matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçuya verilən 4 oyunluq cəza və kluba kəsilən 3000 manatlıq cərimə qərarı qüvvədə saxlanılıb.
Danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilən “Mingəçevir”in sabiq üzvü Muxtar Nəzərlinin apellyasiya şikayətinə isə baxılmayıb. Baş Prokurorluğa sorğu göndərilməsi ilə əlaqədar olaraq proses təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















