Icma.az
close
up
RU
Aperturanın çempionu “Platense” oldu

Aperturanın çempionu “Platense” oldu

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

final
Atletiko Urakan - Platense 0:1 (0:0)

Atletiko Urakan (Buenos Ayres): Qalindes, İbanyes, Pelleqrino (Abila, 83), Pereyra, Gidara (De la Fuente, 72), Xil, Peres (Tissera, 72), Ursi (Alanis, 58), Milyeviç, Matsantti, Ramires (Sekeyra, 46).
Platense (Buenos Ayres): Kossani, Silva (Elisalde, 50), Salomon, Vaskes, Saborido, Taborda (Sapiola, 83), Pikko, Errera (Xuares, 86), Maynero, Martines (Orsini, 86), Lotti (Sxor, 46).
Qol: Maynero, 63.
Vərəqələr: Gidara, 20. Silva, 25. Errera, 69. Milyeviç, 74. Kossani, 86. Maynero, 89. Xuares, 90+5 - sarı.
Hakim: Fakundo Telyo.
1 iyun. Santyaqo del Estero. 42000 tamaşaçı.
İyunun 1-də Argentina çempionatının Apertura (açılış) adlanan ilk mərhələsi sona çatdı.

"Football-plus.az" xəbər verir ki, həmin gün keçirilən finalda qalib müəyyənləşdi.
Əlbəttə, ölkənin heç bir nəhəng klubunun finalçıların sırasında görünməməsi diqqətdən yayına bilməzdi. Amma “Atletiko Urakan” ilə “Platense” həlledici oyuna, necə deyərlər, alınlarının təri ilə, layiqli şəkildə çıxmışdılar.
Xatırladaq ki, A qrupunda 4-cü yeri tutan “Atletiko Urakan” 1/8 finalda “Deportivo Riestra”nı (3:2), 1/4 finalda “Rosario Sentral”ı (1:0), yarımfinalda isə “İndependyente”ni (0:0, p. – 6:5) mübarizədən kənarlaşdırmışdı. B qrupunu 6-cı yerdə başa vuran “Platense” isə əvvəlki mərhələlərdə “Rasinq”ə (1:0), “River Pleyt”ə (1:1, p.- 4:2) və “San Lorenso”ya (1:0) üstün gəlməklə böyük sürprizlərə imza atmışdı.
Neytral meydanda - Santyaqo del Estero şəhərində keçirilən final qol vəziyyətləri baxımından kasad alındı. Hər iki komandanın arxa xətti hücumundan daha yaxşı təsir bağışladı. Doğrudu, “Atletiko Urakan” topa 61 faiz nəzarət etməklə rəqibi üzərində aşkar üstünlüyə malik oldu. Lakin 64 yaşlı Frank Kudelkanın çalışdırdığı komanda bu üstünlüyündən yararlana bilmədi.
Hər iki tərəfin qapıya 3 dəqiq zərbə endirdiyini də qeyd edək. “Platense”nin qapıçısı Kossani bütün zərbələrin qarşısını aldı, onun amplua üzrə həmkarı Qalindes isə 63-cü dəqiqədə Mayneronun hesabı açmasına mane ola bilmədi. “Atletiko Urakan” bu qola cavab verə bilmədi və 43 yaşlı Serxio Qomesin komandası Aperturanın qalibi oldu.
Əlavə edək ki, çempionatın Klausura (bağlanış) mərhələsinə iyulun 13-də start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri