Icma.az
close
up
RU
APL: “Qarabağ” birinci, “Kəpəz” sonuncudur

APL: “Qarabağ” birinci, “Kəpəz” sonuncudur

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasında XVIII tur geridə qalıb.

“FutbolPress“in məlumatına görə, bu mövsüm ev oyunlarında ən yaxşı nəticə əldə edən “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri doğma arenada keçirdiyi 9 matçda 8 qələbə qazanıb, 1 dəfə uduzub. 26 qol vuran “atlılar” qapısında 4 qol görüb. “Qarabağ”ın bu mövsüm çempionatda ev oyunundakı yeganə məğlubiyyəti “Turan Tovuz”la matçda (0:1) qeydə alınıb. Premyer Liqada 47 xalla lider olan komanda bu xalların demək olar yarısını (24 xal) evində toplayıb.

“Evində” ən yaxşı nəticəyə imza atan ikinci komanda “Turan Tovuz”dur. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 9 oyunda 5 qələbə qazanıb, 1 dəfə uduzub, 3 görüşdə isə qalib müəyyənləşməyib. Tovuz təmsilçisi bu görüşlərdə 11 qol vurub, 7-ni buraxıb. “Turan Tovuz” 32 xalla çempionatda 3-cü sıradadır və bu xalların yarısından çoxunu evində toplayıb (18 xal).

Bu göstəricidə “3-lüy”ü “Araz-Naxçıvan” tamamlayır. Naxçıvanda stadionun hələ hazır olmaması səbəbindən ev oyunlarını Mərdəkanda “Liv Bona Dea Arena”da keçirən komanda 9 ev matçında 5 qələbə qazanıb, 2 dəfə uduzub. Maraqlıdır, bu mövsüm 18 turda yalnız 2 məğlubiyyəti olan “Araz-Naxçıvan”ın xalsız qaldığı matçlar ev oyunlarına təsadüf edib. Komanda bu görüşlərdə 10 qol vurub, 9-nu buraxıb. 39 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Araz-Naxçıvan” bu xalların 17-ni Mərdəkanda toplayıb.

Bu mövsüm ev oyunlarında ən pis göstərici isə “Kəpəz”ə aiddir. Gəncədə stadionun yenidənqurulması ilə əlaqədar rəqiblərini Tovuzda qəbul edən “Kəpəz” burda 9 oyunda 6 dəfə uduzub. Cəmi 2 oyunda qələbə qazanan “sarı-göylər” bir matçdan da bir xalla ayrılıb. 7 qol vuran “Kəpəz” 22-ni də buraxıb.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri