Icma.az
close
up
RU
Apollo astronavtının həyat yoldaşından qalmaqallı yadplanetli etirafları

Apollo astronavtının həyat yoldaşından qalmaqallı yadplanetli etirafları

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Apollo missiyası çərçivəsində Aya gedən və orada gəzən ilk astronavtlardan biri olan Edqar Mitçellin həyat yoldaşı uzun illər gizli saxlanılan "yadplanetli həqiqətlərini" açıqlayıb.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, NASA astronavtı Edqar Mitçellin həyat yoldaşı Anita Mitçell mərhum əri ilə bağlı qeyri-adi iddialar səsləndirib. 1971-ci ildə Aya ayaq basan altıncı insan olan Mitçellin daim naməlum uçan obyektlərin (UNO) mövcudluğuna inandığını deyən Anita Mitçell bildirib: "Pilotlar və astronavtların bir çoxu göydə bir şeylər gördüyü üçün onun bu inancı həmişə var idi".

O, Apollo astronavtı Ceyms Makdivitt də daxil olmaqla, bir neçə ekipaj üzvünün Amerikanın ilk kosmik missiyaları zamanı sirli obyektlər gördüyünü bildirdiyini iddia edir. Hətta bəzi astronavtların, Yerdə adi təyyarələrlə uçarkən belə naməlum uçan cisimlər müşahidə etdiklərini bildirib.

Anita Mitçell bu barədə daha əvvəl NASA-nın Merkuri Proqramında iştirak etmiş astronavt Leroy Qordon Kuperin də açıqlamalar verdiyini xatırladıb:

"Qordinin (Leroy Qordon Kuper) evimizdə təşkil edilən bir şam yeməyində bizə bir şey gördüyünü söylədiyini xatırlayıram. O, bizim bu qədər sürətli və bu qədər yüksəyə qalxan heç nəyimizin olmadığını demişdi".

Qeyd edək ki, Kuper NASA-nın Merkuri və Ceminay layihələrində iştirak etmiş və minlərlə saatını reaktiv təyyarələrdə keçirmiş ilk pilotlardan biri olub.

Keçmiş ABŞ Hərbi Dəniz Qüvvələri kapitanı olan Edqar Mitçell 1971-ci ildə Aya uçan Apollo 14 ekipajının üzvü olub. O, Aya ayaq basan cəmi 12 NASA astronavtından biri kimi tarixə düşüb.

Bununla belə, Anita Mitçellin bu açıqlamalarının nə dərəcədə həqiqət, nə dərəcədə "sensasiya" məqsədilə edildiyini dəqiq bilmək mümkün deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Mart 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri