“Apple” 2028ci ildə ilk qatlanan planşetini təqdim edəcək
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Apple” korporasiyası 2028-ci ildə təqdim edilməsi planlaşdırılan qatlanan planşet üzərində işləyir.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkət mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni cihaz “iPad Pro” ölçüsündə yarıya qatlanan nəhəng “iPad”i xatırladacaq. Cihazın diaqonalı 20 düym olacaq, dizayn isə “bütöv bir şüşə parçası” təəssüratı yaradacaq. Planşet “iPadOS” və “macOS” elementlərini birləşdirən əməliyyat sistemi ilə işləyəcək.
Mənbələrə görə, hazırkı prototipin ekranındakı qat demək olar ki, görünməzdir, lakin tərtibatçılar onu tamamilə aradan qaldırmağa çalışırlar.
“Samsung” uzun müddətdir ki, oxşar problemlə üzləşir. İlk qatlana bilən smartfonun buraxılışından beş il keçsə də, şirkət qatın tam aradan qaldırılmasına nail ola bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 17 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















