Apple iPhone 18 in qiymətini artırmayacaq analitiklər səbəbləri açıqlayır
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Apple qlobal yaddaş (RAM) çatışmazlığına baxmayaraq iPhone 18-in baza modelinin qiymətini artırmamağa çalışacaq.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış analitik Min-Çi Kuo məlumat verib. Onun sözlərinə görə, Apple əməliyyat yaddaşının bahalaşması fonunda qiymət artımından yayınmaq üçün "əlindən gələni edəcək".
Qeyd olunur ki, şirkət yaddaş komponentlərinin qiymətinin artacağını əvvəlcədən nəzərə alaraq, tədarükçülərlə danışıqları artıq yarımildə bir dəfə deyil, hər rüb aparır. Məqsəd xərclərin nəzarətdə saxlanılmasıdır.
Məlumata görə, Apple komponentlərin bahalaşması nəticəsində yaranan əlavə xərcləri istehlakçıların üzərinə qoymaq niyyətində deyil. Bunun əvəzinə, şirkət servis xidmətlərindən əldə etdiyi gəlirləri Apple Music, iCloud, Apple TV+ və digər abunəlikləri daha aktiv şəkildə istifadə edərək xərcləri kompensasiya etməyi planlaşdırır.
Analitiklər bildirirlər ki, problemlər təkcə yaddaş çatışmazlığı ilə məhdudlaşmır. Elektron platalar üçün istifadə olunan şüşə lif kimi digər komponentlər də defisit vəziyyətindədir. Bunun əsas səbəbi isə həmin materialların tədarükçülərinin süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə üstünlük verməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 30 Yanvar 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















