“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027 ci ilin yanvarına təxirə salıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 oktyabr, AZƏRTAC
“Apple” şirkəti yeni qatlanan “iPhone Duo” smartfonunun çatdırılma tarixini 2027-ci ilin yanvarına təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, buna oktyabrın 16-da ilkin sifarişlərin başlamasından sonra yaranan yüksək tələbat səbəb olub. Smartfonun ehtiyatları sifarişlərin ilk günü tükənib və bu, çatdırılma tarixlərinin bir neçə ay gecikməsinə gətirib çıxarıb.
Agentlik analitiklərinin proqnozlarına əsasən, “iPhone Duo”nun satışları “Apple”ın 2027-ci maliyyə ili üçün gözləntilərini üstələyə bilər. Şirkətin bu dövrdə 14 milyon cihaz satacağı və 28 milyard dollar gəlir əldə edəcəyi ehtimal olunur.
Qeyd edək ki, “Apple” ilk qatlanan smartfonu “iPhone Duo”nu 2026-cı ilin sentyabrında təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 17 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















