Apple iPhone istehsalını Hindistana köçürür
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hindistanın rabitə naziri Cyoratirditya Sindia bildirib ki, Amerika texnologiya şirkəti Apple yaxın illərdə iPhone telefonlarının istehsalını tamamilə Hindistana köçürəcək.
News24.az xəbər verir ki, bu barədə Press Trust of India məlumat yayıb.
Sindia Nyu-Dehlidə keçirilən mətbuat konfransında deyib:
“Apple qərara gəlib ki, qarşıdakı illərdə bütün mobil telefonlarını Hindistanda istehsal etsin və oradan təchiz etsin.”
Nazirin sözlərinə görə, iPhone istehsalının tamamilə Hindistana köçürülməsi “telekommunikasiya avadanlıqları istehsalçıları üçün məntiqli iqtisadi qərardır.”
Apple artıq bir müddətdir istehsalın bir hissəsini Hindistana keçirməklə Çin asılılığını azaltmaq və tarif baryerlərini aradan qaldırmaq məqsədilə çalışır. Şirkət bu istiqamətdə mühüm irəliləyişlər əldə edib və ABŞ bazarının illik iPhone tələbatının təxminən üçdə birini Hindistanda istehsal edə bilir.
Məryəm İlhamqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















