Icma.az
close
up
RU
Apple iPhone istifadəçilərini bir təhlükəli vərdişdən imtina etməyə çağırdı

Apple iPhone istifadəçilərini bir təhlükəli vərdişdən imtina etməyə çağırdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Apple" telefonlarını gecə şarj etməyə öyrəşmiş "iPhone" sahibləri üçün yeni bir xəbərdarlıq yayımlayıb. Vacib məlumatlarla yenilənmiş bölmədə korporasiya xatırladıb ki, düzgün olmayan şarj şərtləri istifadəçilər üçün potensial təhlükə yarada bilər.

Qaynarinfo-nun məlumatına görə, bir çox "iPhone" sahibləri telefonu yatmazdan əvvəl şarj edirlər ki, səhər tam dolu batareya ilə oyanmaq mümkün olsun. Lakin "Apple" bu vərdişi nəzərdən keçirməyi tövsiyə edir – xüsusilə telefon yastığın, yorğanın altında və ya bədənin yanında şarj edildikdə.

Gecə şarj etməyin riski

İstehsalçının məlumatına görə, "iPhone" şarj kabelləri və enerji adapterləri şarj zamanı isinərək, əgər bağlı və ya pis havalandırılan yerdə yerləşdirilərsə, həddindən artıq istilənməyə, narahatlığa və uzun müddətli təmasda dəridə yanığa səbəb ola bilər.

"Apple" xəbərdarlıq edir ki, cihaz, enerji adapteri və ya simsiz şarj cihazı enerji mənbəyinə qoşulu olduqda, onların üzərində yatmaq, yastığın və ya yorğanın altında qoymaq, bədənlə örtmək olmaz.

Şirkət tövsiyə edir ki, "iPhone" yaxşı havalandırılan yerdə, məsələn, yatağın yanında masanın üzərində şarj edilsin. Cihaz parça ilə örtülməməli və bədənlə birbaşa təmasda olmamalıdır.

Xüsusilə vurğulanır ki, yalnız sertifikatlı şarj aksessuarlarından istifadə vacibdir. Keyfiyyətsiz kabellər və adapterlər daha çox isinə bilər və təhlükəli vəziyyət ehtimalını artırır.

Gecə boyu "iPhone"u şarj etmək olar?

"Apple" bunu birbaşa qadağan etmir, amma əsas təhlükə gecə şarjının şəraitindədir, cihaz düzgün yerləşdirilmədikdə batareya qorunması və optimallaşdırılmış şarj sistemləri kifayət etməyə bilər. Ekspertlər bildirirlər ki, istifadəçilər "iPhone"u yastığın altına və ya bədənin yanında qoymaq vərdişini dəyişməlidirlər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Yanvar 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri