“Apple” korporasiyasının yubiley “iPhone” smartfonu rekord qiymətə satılacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 28 aprel, AZƏRTAC
“Apple” korporasiyası 2027-ci ildə smartfonlarının qiymət artımının qaçılmaz olacağını bildirib.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, 2027-ci ildə ilk “iPhone” smartfonunun 20 illiyini qeyd edəcək “Apple” yubiley münasibətilə unikal flaqman smartfonu və ilk qatlanan qurğusunu satışa çıxaracaq. Korporasiyadan verilən məlumata görə, istehlakçılar qiymət artımına hazır olmalıdır, çünki yubiley cihazları rekord baha qiymətə satılacaq.
İstehsalçı yeni flaqman smartfonlarında xüsusi hissələrdən və komponentlərdən istifadə etmək niyyətindədir. Yubiley “iPhone”, həmçinin “son dərəcə mürəkkəb” dizayna malik olacaq ki, bu da onun qiymətinə təsir göstərəcək.
Qiymət artımına Vaşinqton və Pekin arasındakı ticarət müharibəsi də təsir edir. “Apple” ABŞ bazarı üçün “iPhone” istehsalını Çindən Hindistana köçürmək niyyətindədir. Korporasiya Hindistandakı istehsalın Çinlə müqayisədə 5-10 faiz baha olacağını bildirib.
Qeyd edək ki, “iPhone” smartfonunun yubiley buraxılışının əsasən şüşədən hazırlanacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 28 Aprel 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















