Icma.az
close
up
RU
“Apple Pay” və “Google Wallet” mobil cüzdanları vasitəsilə bank kartlarını hədəf alan dələduzluq sxemi var

“Apple Pay” və “Google Wallet” mobil cüzdanları vasitəsilə bank kartlarını hədəf alan dələduzluq sxemi var

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Kaspersky mütəxəssisləri xəbərdarlıq edirlər: Azərbaycanda təcavüzkarların pul vəsaitlərini oğurlamaq üçün təmassız ödəniş texnologiyalarından (NFC) istifadə etdikləri bank kartları ilə bağlı dələduzluqların yeni növləri qeydə alınır. “Apple Pay” və “Google Wallet” xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır.

Ssenari sadə, lakin effektivdir: cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər.

NFC siqnalını bir smartfondan digərinə ötürən “Ghost Tap” (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir.

Özünüzü və maliyyənizi necə qorumalısınız:

Onlayn ödənişlər üçün virtual kartlardan istifadə edin, onların balansını yalnız lazım olduqda artırın.Şübhəli proqramlara və vebsaytlara kart məlumatlarını daxil etməyin, xüsusən də sizdən PIN kodu daxil etməyiniz xahiş olunursa.Şübhəli proqramların tələbi ilə bank kartınızı smartfonunuza bağlamayın.Bankomata nağd pul daxil edərkən fiziki kartdan istifadə edin.Əməliyyat bildirişlərini (Push/SMS) aktiv etdiyinizə əmin olun.“Təhlükəsiz ödənişlər” funksiyasına malik Kaspersky qoruma həllini quraşdırın.

"Təcavüzkarlar artıq kartın özünü oğurlamağa və ya PIN kodu bilməyə ehtiyac duymurlar. Bunun üçün minimal məlumat əldə etmək kifayətdir ki, sizin vəsaitlərinizi idarə edə bilsinlər. Bu cür gizlilik bu hücumları xüsusilə təhlükəli edir. Biz regionda, o cümlədən Azərbaycanda belə sxemlərin fəallığının artdığını müşahidə edirik. Bu gün rastlaşdıqları ilk proqramlara və ya saytlara etibar etməyə öyrəşmiş istifadəçilər bu vəziyyətdə xüsusilə həssasdırlar. Riskləri gözardı etmək olmaz – bu gün maliyyənizi qorumaq rəqəmsal sayıqlıqdan başlayır. Biz “Təhlükəsiz ödənişlər” funksiyasına malik sınaqdan çıxmış antivirus məhsullarından istifadə etməyi və bank kartı məlumatlarının ələ keçirilməsi cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edirik”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Aprel 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri