Apple yeni “Siri” ilə məxfiliyi gücləndirir: Avtomatik silmə funksiyası əlavə olunur
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Apple" şirkətinin iyun ayında keçiriləcək Ümumdünya Yaradıcılar Konfransı (WWDC) tədbirində yenilənmiş Siri-ni təqdim edəcəyi gözlənilir.
Banco.az xəbər verir ki, bu dəfə şirkət süni intellekt imkanları ilə yanaşı, məxfilik məsələsini əsas prioritet kimi ön plana çıxaracaq.
Yeni "Siri" modeli Google-ın “Gemini” süni intellekt sistemi ilə dəstəklənəcək. Bununla da Apple-ın istifadəçilərə "OpenAI" tərəfindən hazırlanan “ChatGPT”yə bənzər çatbot təcrübəsi təqdim etməsi gözlənilir.
Məlumata görə, "Siri" tətbiqində istifadəçi məlumatlarının saxlanılması və idarə olunması ilə bağlı əlavə məxfilik funksiyaları olacaq. İddialara əsasən, istifadəçilər “Mesajlar” tətbiqində olduğu kimi söhbətlərin 30 gün, 1 il sonra avtomatik silinməsini seçə və ya məlumatları müddətsiz saxlaya biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 May 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















