Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Aprel döyüşləri iştirakçısı: Ordumuzun əks hücumu düşməni çətin duruma saldı

Aprel döyüşləri iştirakçısı: Ordumuzun əks hücumu düşməni çətin duruma saldı

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Lələtəpə yüksəkliyi istiqamətində döyüşlərə cəlb olunduq".

Oxu.Az xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinə müsahibəsi zamanı Aprel döyüşlərinin iştirakçısı olmuş ehtiyatda olan baş leytenant Elnur Xəlilov deyib.

Böyük Zəfərin başlanğıcından - 2016-cı ilin aprel döyüşlərindən 9 il ötür. Həmin günlərdə Ermənistan silahlı birləşmələri Azərbaycan hərbçilərinin mövqelərini, həmçinin cəbhə xəttinə yaxın yaşayış məntəqələrimizi davamlı artilleriya atəşinə tutublar. Bunun ardınca düşmən mövqelərimizə soxulmağa çalışıb. Amma bütün bu cəhdlər uğursuz olub.

Aprelin 1-dən 5-ə qədər davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, eyni zamanda Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər azad olunub.

Elnur Xəlilov 4 aprel 1993-cü ildə Goranboy rayonunda anadan olub. 2010-cu ildə Qızılhacılı qəsəbəsindəki 1 saylı tam orta məktəbi, 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Elə həmin ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb. Əvvəlcə Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edib. Ardınca Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit hazırlığı kursunu bitirib və leytenant rütbəsində Beyləqandakı "N" saylı hərbi hissədə xidmətini davam etdirib. 2016-cı ilin aprel döyüşlərinə də xidmət etdiyi hərbi hissədən cəlb olunub.

Onunla olan müsahibəni təqdim edirik:

E.Xəlilov bildirib ki, bir neçə gün davam edən döyüşlər Azərbaycan Ordusunun gücünü, Vətən sevgisini açıq şəkildə nümayiş etdirib: "Lələtəpə yüksəkliyi istiqamətində döyüşlərə cəlb olunduq. İlk dəfə idi ki, real döyüşlərin iştirakçısı olurdum. Paralel olaraq, şəhidlərin, yaralıların təxliyəsini həyata keçirirdik. Azərbaycan əsgərinin qorxmazlığını, cəsurluğunu mən o zaman gördüm. Təsəvvür edin ki, təxliyə olunan yaralı əsgər onu səngərdən çıxarmağımızı istəmirdi. Hər bir əsgər şəhid olan hərbçi yoldaşının qisasını almağa çalışırdı. Xüsusi təyinatlılarımızın fəallığını xüsusilə qeyd etmək istəyirəm. Onlar düşmənə göz açmağa imkan vermirdilər".

Ordumuzun əks-hücumu düşməni çətin duruma salıb

E.Xəlilov söyləyib ki, Aprel döyüşlərində düşmənin başlıca məqsədi Gədəbəy istiqamətindəki yüksəklikləri ələ keçirmək olub: "Bununla onlar həm ön xətdəki birləşmələrimiz üzərində strateji üstünlüyə nail olmaq, həm də yaşayış məntəqələrimizə real təhlükə yaratmaq, kəndlərimizi daim müşahidə altında saxlamaq istəyirdilər. Lakin Ordumuzun uğurlu əks-hücumu sayəsində düşmənin niyyəti baş tutmadı. Əksinə, Lələtəpə yüksəkliyinə nəzarəti bərpa edərək, düşmən postlarının aydın müşahidə olunması üçün əlverişli mövqe tutduq. Hərbi nöqteyi-nəzərdən bu, olduqca vacib idi. Çünki düşmən postu daim müşahidə olunmalıdır. Bu, bizim hərbi mövqelərimizə, yaşayış məntəqələrimizə qarşı ola biləcək hər hansı təxribatın, hücum planının əvvəlcədən müəyyən edilməsi və qarşısının alınmasında mühüm əhəmiyyət daşıyırdı. Tək Lələtəpə deyil, digər strateji yüksəkliklərə, hərbi təminat yollarına nəzarəti bərpa etməklə, o zaman qarşımıza qoyduğumuz hədəflərə çatdıq".

Sentyabrın 27-dən oktyabrın 13-nə qədər davam edən döyüş yolu

Aprel döyüşlərindən sonra Beyləqandakı hərbi hissəyə qayıdan E.Xəlilov 2020-ci ilin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. Sentyabrın 27-dən oktyabrın 13-nə qədər bir çox döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşub: "Aprel döyüşlərindəki təcrübəm nəzərə alınaraq, İkinci Qarabağ müharibəsinə də cəlb olunmuşdum, həmlə qrupunun komandiri idim. Tabeliyimdəki minaatan batareyası Ordumuzun irəliləməsi üçün düşmən mövqelərini davamlı atəşə tuturdu. Talış kəndi, Suqovuşan istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirirdik. Talış kəndinə daxil olan ilk üç bölükdən birinin komandiri olmağımla bu gün də qürur duyuram".

E.Xəlilov yaralanmasından da söhbət açıb: "Oktyabrın 13-də kəşfiyyat məlumatı əldə etdik. Ermənilərin xüsusi təyinatlıları bizdən sol mövqedəki birləşməmizə hücum etməyə hazırlaşırdı. Dərhal həmin istiqamətdə köməyə getdik. Erməni xüsusi təyinatlılarını böyük itkiyə məruz qoyaraq geri oturdandan sonra bizdən soldakı həmlə qrupumuzun yanına doğru hərəkət etməyə, onların vəziyyətini yoxlamağa çalışırdıq. Elə bu vaxt düşmən minaatanlarla bizim yerləşdiyimiz ərazini atəşə tutdu. Mərmilərdən biri yanımda partladı. Dodağım, başım, ümumən bədənimin müxtəlif yerləri qəlpə yarası aldı. Sağ ayağım dizdən aşağı tamam parçalandı. Gücümü toplayaraq, özümə ilkin tibbi yardımı etdim. Orxan adlı zabit yoldaşım təxminən iki saat sonra məni döyüş meydanından çıxara bildi. Həyatda qalmağımı ona borcluyam. Bakıdakı xəstəxanada sağ ayağım dizdən aşağı amputasiya olundu. İndi ikinci qrup Qarabağ müharibəsi əliliyəm. Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin mütəxəssisi olaraq əmək fəaliyyəti ilə məşğulam. Xalqıma, dövlətimə, Vətənimə daim şərəflə qulluq etdiyim üçün qürurluyam. Ali Baş Komandanımız İlham Əliyevin vurğuladığı kimi, 44 gün ərzində hərbçilərimiz daim irəliləyib, canı-qanı bahasına Vətən torpağının hər bir qarışını düşmən tapdağından azad edib, şanlı tarix yazıblar. Sevinirəm ki, Zəfər Tariximizin yazılmasında mənim də payım var".

Qeyd edək ki, E.Xəlilovun xidmətləri Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "İgidliyə görə" və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Dövlət tərəfindən mənzillə, avtomobillə təmin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see215

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see201

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see181

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see157

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see149

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see149

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see145

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see135

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see132

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see132

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see131

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see129

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see127

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri