APREL və QAR: son 10 ildə hansı bölgələrə yazda qış gəlib?
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün ölkənin dağlıq ərazilərdə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir.
Maraqlıdır, son on il ərzində aprel ayında neçə dəfə və hansı ərazilərə qar yağıb?
Bizim.Media xəbər verir ki, statistikaya görə, 2017 və 2018-ci illərin aprel ayında da dağlıq ərazilərdə qar yağıb.
2019-cu ilin 17–22 aprel tarixlərində isə Zaqatala, Balakən, Şəki, Oğuz, Quba ərazilərində qar yağıb. Qarın hündürlüyü 2 -14 sm olub. 2020-ci və 2024-cü illərdə də dağlıq ərazilərdə aprel ayında qar düşüb.
2022-ci və 2023-cü illərdə isə may ayında Quba rayonunun Xınalıq kəndinə qar yağıb, qarın hündürlüyü 10 sm-dən çox olub.
Qeyd edək ki, 5 aprel 2004-cü ildə isə Bakı şəhərində güclü qar yağıb. Bu isə rekord hadisə kimi qiymətləndirilib. (trend.az)
Bizim.Media
Baxış sayı:138
Bu xəbər 22 Aprel 2026 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















