Icma.az
close
up
RU
“Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”

“Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Tur şirkətindən aylar öncə - apreldə Bakı-Bodrum-Bakı reysi üzrə turpaket aldıq, indi uçuşa 1 həftə qalmış əlavə pul tələb edirlər”. 

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Ş.Nəsibova müraciət edib.

O qeyd edib ki, məsələdən narazı olan xeyli sərnişin var. Aylar öncə Türkiyə istiqamətinə səyahət rezervasiyası edən müştəri, uçuşa bir həftə qalmış “sürpriz”lə qarşılaşıb. Belə ki, “Summer Tour” şirkəti tərəfindən əlavə 65 ABŞ dolları tələb edilib: “İlk dəfədir belə halla qarşılaşırıq. Ödəniş edildikdə əvvəlcədən bütün biletlər alınır, planlar qurulur. Amma tətilimizə bir həftə qalmış şirkət bizdən əlavə ödəniş tələb edir, bu məbləğ də təbii ki, yüksəkdir və başadüşülən deyil. Təsəvvür edin ki, 3 nəfərik və 5 minə yaxın pul ödəmişik, indi də adambaşına əlavə 65 dollar (110.86 AZN) istənilir, bu məbləğ 3 nəfər üçün 330 manat təşkil edir ki, ümumi məbləğ absurd rəqəmə çevrilir...” 

Şikayətçi, həmçinin qeyd edib ki, bununla bağlı əvvəldən heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı turoperator “Summer Tour Azərbaycan” MMC şirkətinin öz saytında məlumat yayımlanıb. Qeyd olunub ki, bu, son dövrlərdə dünyada baş verən geosiyasi hadisələr fonunda beynəlxalq aviasiya bazarında yanacaq qiymətlərində müşahidə olunan dəyişikliklər və bunun aviabiletlərin maya dəyərinə təsiri ilə əlaqədardır: “Nəzərinizə çatdırırıq ki, 26.04.2026-cı il tarixində (həmin tarix daxil olmaqla) rəsmiləşdirilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən sonrakı dövrə təsadüf edən rezervasiyalar üzrə aşağıdakı yanacaq əlavələri tətbiq ediləcək:

27.04.2026-cı il tarixindən (həmin tarix daxil olmaqla) sonra edilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən etibarən olan bütün rezervasiyalar üzrə isə qeyd olunan yanacaq əlavələri artıq aviabilet qiymətlərinə daxil edilib. Bununla yanaşı bildiririk ki, “Summer Tour Azerbaijan” MMC ilə imzalanmış Agentlik müqaviləsinin 1 və 2 saylı əlavələrinin qoşmaları ilə təsdiq edilmiş Agentlə Turist arasında imzalanmalı olan müqavilə formasının 2.3.5-ci bəndinə əsasən, şəraitdə obyektiv dəyişikliklər baş verdiyi hallarda Agent turizm xidmətlərinin ilkin razılaşdırılmış dəyərini dəyişdirmək hüququna malikdir.

Xəbəri rus dilində oxuyun: Купили тур в Бодрум? Придется доплатить

Həmin müqavilə formasının 5.3.3-cü bəndinə əsasən isə, səyahətin qiymətinin nəqliyyat xərclərinin və aviabilet qiymətlərinin artması ilə əlaqədar dəyişdiyi hallarda Agent Turist qarşısında məsuliyyət daşımır.

Eyni zamanda, “Summer Tour Azerbaijan” MMC ilə imzalanmış Agentlik müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq, Turoperatordan asılı olmayan səbəblərlə turun dəyərində artım yarandıqda, Agent Turoperatora tərəfindən təqdim edilən əlavə hesab əsasında ödənişi tamamlaya və ya Müqavilə və ona əlavələrdə nəzərdə tutulmuş ləğvetmə qaydaları və cərimə şərtlərini nəzərə almaqla turdan imtina barədə qərar qəbul edə bilər.

Əlavə ödənişlə razılaşmayan sərnişinlərin, uçuşa ən azı 7 gün qalmış turagent tərəfindən turoperatoruna məlumat verilməsi şərti ilə, rezervasiyanı cəriməsiz şəkildə ləğv etmək və tam geri ödəniş almaq hüququ var”.

Fidan Etibar 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri