Apreldə sel sularının dağıtdığı yolda son vəziyyət VİDEO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aprelin 6-da sel sularının dağıtdığı Gəndab–Xudat–Rusiya sərhədi yolunun 60-cı kilometrliyində çökmüş hissənin bərpası qismən başa çatıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmazdakı 4 saylı yol istismar idarəsindən Bizim.Media-ya məlumat verilib.
Bildirilib ki, sel suları yolun Xaçmazın İstisu qəsəbəsindən keçən hissəsində diametri 1200 mm olan suötürücü boruları sıradan çıxarıb və nəticədə yol çökərək hərəkət üçün yararsız vəziyyətə düşüb.
Xatırladaq ki, aprelin 6-da çökmə baş verən və nəqliyyatın hərəkətinə bağlanan yolun bərpasına mayın 21-də başlanılıb. Hazırda çökmüş hissədə köhnə borular çıxarılıb, onların yerinə eni 3 metr, uzunluğu 2 metr olan yeni suötürücü borular quraşdırılıb, üzəri isə torpaqla möhkəm şəkildə örtülüb.
Turizm mövsümünün başlanması ilə əlaqədar yol müvəqqəti olaraq sürücülərin istifadəsinə verilib.
Qeyd edilib ki, qarşıdakı həftənin əvvəlində yolun asfaltlanması işlərinə başlanılması planlaşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 19 İyun 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















